Həsən Xalıqverdi oğlu Hüseynov (Hacı Həsən Hüseyni; ) — Azərbaycanlı publisist, tədqiqatçı, ilahiyyatçı, islamşünas, "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiri (2019), Birinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin və "Dirili Qurbani" məclisinin üzvü.

Həyatı Hacı Həsən Hüseyni 1970-ci ildə aprel ayının 25-də Zəngilan rayonunun Sobu kəndində dünyaya gəlmişdir. 1985-ci ildə Sobu kənd səkkiz illik məktəbi bitirərək, elə həmin il təhsilini Bakı şəhər 5 nömrəli Kimya–biologiya respublika təmayüllü internat məktəbində davam etdirməyə başlayır və 1987-ci ildə təmayülü bitirir. 1990-cı ildə xidmətini birtirib qayıtdıqdan sonra Bakı Poladəritmə zavodunda ilk əmək fəaliyyətinə başlamışdır. Daha sonra H. Z. Tağıyev adına Toxuculuq Fabrikində çalışmışdır.

2003–2008-ci illərdə Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsində ali təhsil alıb. 2006-cı ildə müqəddəs Həcc ziyarətini ziyarət edib.

Hərbi xidməti Tam orta təhsilini bitirdikdən sonra 1988-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Altı ay serjant məktəbində oxuduqdan sonra hərbi xidmətini Almaniyadakı sovet qoşunları kontingentində davam etdirmişdir.

1992-ci ildə Xətai rayonu Hərbi Komissarlığına könüllü cəbhədə döyüşmək üçün müraciət edir. O, əvvəlcə Biləcəriyə, oradan isə Qobu poliqonuna hərbi təlim üçün göndərilir. Burada bir müddət təlim keçdikdən sonra Qubadlı–Zəngilan korpusunda Qubadlı rayonu ərazisinə göndərilir. Daha sonra doğulduğu Zəngilan rayonuna göndərilir.

Birinci Qarabağ müharibəsində iştirakı Birinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq cəbəhəyə yola düşür. Qubadlı, Zəngilan istiqamətində gedən ağır döyüşlərdə vuruşur. 1993-cü ilin aprelin 17-də Berr dağı ətəyində gedən ağır döyüşdə güllə yarası alır. Uzun müddət Bakı şəhərində müalicə aldıqdan sonra Əlillərin Bərpa Mərkəzinə köçürülür. I qrup Qarabağ əlili kimi 6 il yataq xəstəsi olub.

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin və Xətai rayon Əlillər Cəmiyyətinin üzvüdür.

Yaradıcılığı Hacı Həsən Hüseyni tədqiqatçı kimi bir çox kitabların, dəyərli yazıların və elmi-tədqiqat əsərlərinin müəllifidir.

2015–2016-cı illərdə "Ulu Zirvə" qəzetinin redaktoru işləmişdir. "Paklıq" qəzetinin baş redaktorunun müavini, 2019-cu ildən isə "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiridir.

Məqalələri "Olaylar", "İki sahil", "Nəbz", "Təzadlar", "Bütöv Azərbaycan", "Dərələyəz" qəzetlərində və "Dua və ibadət", "Qızıl Zəngilan", "Xəzan", "Qarapapaqlar", "Mədəniyyət" əbədi–bədii jurnallarında mütəmadi dərc olunur.

"Dirili Qurbani" məclisinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Kitabları Həsən Hüseynov. Parlaq ulduz. Bakı, "Səda", 2003. ISBN 5-8020-1653-4 Hacı Həsən Hüseyni. Xuda Hüseynin (ə) aşiqi. Bakı, "Nurlar", 2007 Ya Əli. Bakı, "Nərgiz", 2007 Həsən Hüseynov. Gizli qalmış xəzinə. Bakı, "Nurlar", 2008 Hacı Həsən Hüseynov. Həzrət Əli (ə) müxtəlif baxışlarda. Bakı, "Nərgiz", 2011 Hacı Həsən Hüseynov. "Sığın Haqq dərgahına" (məqalələr toplusu-I). Bakı, "Nərgiz", 2013 Həsən Hüseyni. "Bismilləh" ayəsinin incə görüntüləri və "Bə" hərfinin altında olan nöqtənin sirri. Bakı, "MBM", 2014 Həsən Hüseyni. Ariflərin haqq qovuşma məqamı (Şəriət, Təriqət, Mərifət, Həqiqət). Bakı, 2016 Hacı Həsən Hüseyni. Həzrəti-Rüqəyya (s.ə). Bakı, "Ecoprint", 2018 Hacı Həsən Hüseyni. İmam Rza (ə) müxtəlif baxışlarda. Bakı, Ecoprint, 2019 Hacı Həsən. Ya Zəhra (s.ə), nəzərin ayırma bizdən. (II nəşr) Bakı, "Ecoprint", 2019 Həsən Hüseyni. Sığın Haqq dərgahına (məqalələr toplusu-II). Bakı, "SkyG" NPM, 2019. Hacı Həsən Hüseyni. "Müqəddəs zilhiccə bayramları". Bakı, "Ecoprint", 2020 V. Almasov, H. H. Hüseyni. "Nəsimidən nəsimlər". I cild. Bakı, "Ecoprint", 2020 Hacı Həsən Hüseyni. Novruz bayramı. Bakı, "İmza", 2022 Hacı Həsən Hüseyni. Əhli-beyt (ə) aşiqi Dədə Ələsgər. Bakı, "İmza", 2022. ISBN 978-9952-37-444-3 Hacı Həsən Hüseyni. Qərib İmam Rza (ə) Xorasan Şahı. Bakı, "İmza", 2022. ISBN 978-9952-35-444-2 Hacı Həsən Hüseyni. "Şah İsmail Xətai – 535". Bakı, "İmza" nəşrlər evi, 2022. ISBN 978-9952-373-5 Hacı Həsən Hüseyni. Nakam aşiq (məqalələr toplusu). Bakı, "İmza", 2023. ISBN 978-9952-31-326-7 Hacı Həsən Hüseyni. Həqiqət dəryası. Bakı, "İmza", 2024. ISBN 978-9952-323-35-1 Hacı Həsən Hüseyni. Fəzilətli üç ay. Bakı, "İmza", 2025. ISBN 978-9952-37-326-4 Hacı Həsən Hüseyni. Əbədiyyətə uçan təyyarə. Bakı, "Red N Line" MMC, 2025. Hacı Həsən Hüseyni. Kərbəla zümzüməsi. Bakı, "İmza", 2025. Qazi Hacı Həsən Hüseyni. Vətəni sevmək imandandır. Bakı, "İmza", 2026. ISBN 978-9952-37-651-7 Qazi Hacı Həsən Hüseyni. Kərbəla şəhidləri və Xanım Rüqəyyə (s.ə). Bakı, "İmza", 2026. İSBN 978-9952-37-651-7

Təltifləri Həsən Hüseyni "Qızıl qələm", "Xalqın Nüfuzlu Ziyalısı", "Azərbaycan Bayrağı Mükafatı", "Ziya" fəxri diplomları və "Xətai", "Nəsimi" ali media mükafatı ilə təltif olunmuşdur.

"Qarabağ Uğrunda", "Milli Ordu 100 il", "Zəfər Bayrağı" (25.04.2022) və "Xarı Bülbül" medalları ilə təltif olunub.

27 iyul 2022-ci ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.

Haqqında 2025-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Dilbər Ağayeva "Hacı Həsən Hüseyni — 55" adlı kitab yazmış, "Maarif" nəşriyyatında çap etdirmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan teoloqları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Din üzrə yazıçılar Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycanın əlil şəxsləri Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər