Azzaba () — Əlcəzairin Skikda vilayətində kommuna. Mədən bölgəsidir. Bir qrup civə vulkanogen-hidrotermal yataqları var. Ümumi ehtiyatları 12 min ton civədir. Filizdə civənin tərkibi 1,15% təşkil edir. Açıq mədən hasilatı təqribən 0,7 min tondur (1987).Энциклопедический словарь. 2009. Аззаба.
Kommuna çoxsaylı Roma xarabalıqlarının yerləşdiyi bir ərazidə salınmışdır. Fransa müstəmləkəçiliyi dövründə Jemmap adlanan kommunanın adı Əlcazirin müstəqillik dövründə dəyişdirilmişdir.
İstinadlar
Kateqoriya:Əlcəzair kommunaları