Quj Manukyan (), əsl adı Qurgen Aleksandroviç Araksmanyan () — SSRİ və Ermənistan teatr və kino aktyoru.

Həyatı Quj Manukyan 6 may 1937-ci ildə Ermənistan SSR-nin Leninakan şəhərində (indiki Gümrü) SSRİ dramaturqu Aleksandr Araksmanyan və aktrisa Valentina Araksmanyanın ailəsində anadan olmuşdur. O, 1958-ci ildə İrəvan Rəssamlıq və Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Manukyan 1958–1960-cı illərdə Feodosiya Dram Teatrında çalışmışdır. O, 1960-1967-ci illərdə İrəvan Gənclər Teatrında çalışmışdır. Manukyan 1967-ci ildən bu teatrın yaradıcılarından biri olmaqla İrəvan Dram Teatrında xidmət edir. O, "Çiçəklənən Ermənistan" Partiyasının üzvüdür.

Mükafatlar Ermənistan SSR xalq artisti (11 iyun 1980). Ermənistan SSR Dövlət mükafatı laureatı (1982, "Həyatın yaxşı yarısı" filmində baş rola görə).Советские художественные фильмы: 1978—1979. — М.: Нива России, 1998. — стр. 205 "Movses Xorenatsi" medalı. "Artavazd-2012" teatr mükafatı çərçivəsində "Şərəf və ləyaqətə görə" mükafatı.

İstinadlar

Xarici keçidlər

Персоны Армении

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Ermənistan aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Ermənistan SSR Dövlət mükafatı laureatları Kateqoriya:Aktyor-siyasətçilər Kateqoriya:XX əsr aktyorları