Aidjal, Aizaul və ya Aizol ( Āizol; , Āijal; ) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir.
Tarixi Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir.
İqtisadiyyat Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir. Burada ənənəvi sənətkarlıq istehsalı (metal məmulatları, əl toxuculuğu, mebel), ağac və bambuk yığımı yaxşı inkişaf etmişdir.Энциклопедический словарь. 2009. Аиджал.
İstinadlar
Xarici keçidlər
The Zozam times Aizawl website
Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:1890-cı ildə yaranan yaşayış məntəqələri