Soçil Qomes (; 29 aprel 2006, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.
Həyatı Qomes 29 aprel 2006-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində meksikalı valideynlərin ailəsində anadan olmuşdur. Onun adı — Xóchitl Meksikanın yerli dili olan astek dilində "gül" deməkdir.
Karyerası Qomes 5 yaşında yerli musiqi videolarında rol almağa başladı. "Dayələr klubu" teleserialında görünməzdən əvvəl "Genetikalaşmış", "Reyvenin evi" və "Sən pisliyin təcəssümüsən" teleseriallarında rol almışdır. Qomes 2019-cu il filmi "Kölgə canavarları" filmindəki roluna görə 2020-ci ildə "Cavan Aktyor Mükafatı" qazandı. Həmin ilin sonunda Qomesin "Doktor Strenc: Dəliliklərin multikainatında" filmində Amerika Çavesi canlandıracağı açıqlandı.
Şəxsi həyatı Qomes "Black Lives Matter" hərəkatına dəstək olaraq 2017-ci ildə "Qadın marşları"nda iştirak etmişdir.
Filmoqrafiya
Film İlAzərbaycan dilində adıOrijinal adıRolQeyd2019Kölgə canavarlarıShadow WolvesÇaki2021Sinə təriBoob SweatFrensisQısa film2022Doktor Strenc: Dəliliklərin multikainatındaDoctor Strange in the Multiverse of MadnessAmerika Çaves
Televiziya İlAzərbaycan dilində adıOrijinal adıRolQeyd2018Reyvenin eviRaven's Homeməktəb jurnalistiEpizodlar: "Qaliblər və məğlublar", "Reyvenin evi: Remiks"2019Sən pisliyin təcəssümüsənYou're the WorstuşaqEpizod: "Yaradılışın sütunları"2020GenetikalaşmışGentefiedgənc AnaEpizod: "Qəhvəyi sevgi"Dayələr klubuThe Baby-Sitters ClubDon ŞaferBaş rol (1-ci mövsüm), 7 seriya
Mükafatlar və namizədliklər İlMükafatKateqoriyaİşNəticə2020Cavan Aktyor MükafatıCavan aktyor tərəfindən ən yaxşı köməkçi rolKölgə canavarları
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:Cavan Aktyor Mükafatı laureatları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları