Aleksandr Vladimiroviç Simonov (; ) — Rusiya kinooperatoru, quruluşçu operator.

Həyatı Aleksandr Simonov 15 iyun 1972-ci ildə Moskva vilayətinin Klin şəhərində anadan olmuşdur. 1989-1991-ci illərdə məktəbi bitirdikdən sonra Odessa kinostudiyasında çəkiliş texnikası üzrə mexanik, operator assistenti, ikinci operator kimi işləmişdir. 1996-cı ildə Leonid Kalaşnikovun emalatxanasında ÜDKİ-nin operatorluq fakültəsini bitirmişdir. Quruluşçu operator kimi peşəkar fəaliyyətə 1997-ci ildə diplom işi olan "Əsgər və səfeh qız" qısametrajlı filmi ilə başlamışdır. O, bu filmə görə Münhen Beynəlxalq Film Festivalının münsiflər heyətinin xüsusi mükafatını qazanmışdır. 2004-cü ildə "Mən səni sevirəm" filmini çəkərək böyük kinoda debütə imza atmışdır. Ona xüsusi şöhrət gətirən film isə 2006-cı ildə lentə alınmış "Bumer. İkinci film" dramı olub.

2007-ci ildən rejissor Aleksey Balabanovla fəal əməkdaşlığa başlamışdır. "Yük 200", "Morfi", "Ocaqçı", "Mən də istəyirəm" filmləri üzərində bərabər çalışıblar. Pavel Lunginlə çalışaraq "Dirijor" dramının çəkilişlərində iştirak etmişdir. Andrey Konçalovskinin "Poçtalyon Aleksey Tryapisının bəyaz gecələri", "Cənnət" və "Günah" filmlərinin operatoru olmuşdur.

İctimai mövqeyi 2014-cü ilin martında "Kinoİttifaq"ın Ukraynaya dəstək nümayiş etdirən "Biz sizinləyik!" () məktubunu imzalamışdır.

Filmoqrafiya

Mükafat və nominasiyalar 2016 — Təsviri işə görə 2014-cü ilin filmləri üzrə Rusiya Kinooperatorlar Gildiyasının “Ağ kvadrat” mükafatına namizəd ("Poçtalyon Aleksey Tryapisının bəyaz gecələri" filminə görə) 2016 — 54-cü Xixon Beynəlxalq Film Festivalında (İspaniya) Ən yaxşı operator işinə görə mükafat ("Cənnət" filminə görə) 2017 — Ən yaxşı operator işinə görə “Qızıl qartal” mükafatına namizəd ("Cənnət" filminə görə) 2017 — Təsviri işə görə “Ağ kvadrat”mükafatına namizəd ("Cənnət" filminə görə)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya kinooperatorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Klində doğulanlar