Moskva () — Rusiya Federasiyasının paytaxtı, ölkəsinin federal əhəmiyyətli şəhəri, Mərkəz Federal Dairəsinin inzibati mərkəzi və Moskva vilayətinin (tərkibinə aid olmasa da) mərkəzi. (2019) əhalisi ilə bu göstəriciyə görə Rusiyanın ən böyük şəhəri və subyektidir. Ərazisi bütövlüklə Avropada yerləşən şəhərlər içərisində ən çox əhaliyə maikdir, əhalisinin sayına görə dünya şəhərlərin onluğuna daxildir,World: largest cities and towns and statistics of their population world-gazetteer.com (2010) dünyanın ən böyük rusdilli şəhəridir.

Adı Müasir Azərbaycan dilində işlənən Moskva sözü ruscada işlənən eyni tələffüzlü alınmadır. Şəhər Moskva çayının adına qoyulub. Tarixi Azərbaycan mənbələrində isə Məsko ()https://kayzen.az/tag/Derjavin/ Teymur şəhi-ləngə olub tabeyi-fərman Xan Toxtamışı eylədik al qanına qəltan. Ta oldu Qızıl Ordaların dövləti talan, Məsko şəhinə faidəbəxş oldu bu meydan. Əlyövm uruslaşmaq ilə zişərəfiz biz. Öz qövmimizin başına əngəl kələfiz biz.

(M.Ə. Sabir. «Fəxriyyə » şeirindən), Məskovhttps://www.anl.az/down/meqale/adalet/2018/iyun/594292.htm Tarix M.Ə.Rəsulzadənin haqlı olduğunu bir daha sübut etdi. 18 oktyabr 1991-ci il Azərbaycan tarixinə milli müstəqillik günü kimi daxil oldu. Milli müstəqilliyimiz sözümüzün və ədəbiyyatımızın bir daha "Məskov əsarətindən" qurtarmasına səbəb oldu. Əlbəttə ki, bir məqalədə ədəbiyyatımızın azadlıq və istiqlal ruhunu yaşadan bütün müəllifləri əhatə etmək mümkün deyildir. Ancaq bir şey həqiqətdir ki, azadlıq və istiqlal ədəbiyyatındakı ruh bu gün də davam etməkdədir.http://www.azyb.az/admin/media/files/1656410063-jurnal05_Layout%201%20(1)%202022.pdf …Teymur şəhi-ləngə olub tabeyi-fərman, Xan Toxtamışı eylədik al qanına qəltan, Ta oldu Qızıl Ordaların dövləti viran, Məskov şəhinə faidəbəxş oldu bu meydan, Әlyövm uruslaşmaq ilə zişərəfiz biz! Öz dinimizin başına əngəlkələfiz biz!v ()Sultan-Məcid Qənizadə, Rus dilinin dilmancı, Bakı, 1895 (s.140), Mosqov (), Mosqova ()http://web2.anl.az:81/read/page.php?bibid=132833&pno=2http://web2.anl.az:81/read/page.php?bibid=132833&pno=2 Müharibə haqqında Əhməd bəy Salikovun məruzəsi [Mətn]: 1917-ci ilin mayında Moskvada qurulan ümummüsəlman qurultayında oxunmuşdur /Ə.Salikovhttp://web2.anl.az:81/read/page.php?bibid=160214&pno=2 İnqilabçı Məsləkdaş Birlikləri İnternasionalı ikinci beynəlmiləl konfransının qərarları [Mətn] : əvamir və müqərrəratı /mütərcimi: Lətif Səfa; naşiri: Qırmızı Məsləkdaş Birlikləri İnternasionalıhttp://web2.anl.az:81/read/page.php?bibid=141218&pno=3 Kitabxana nədir və ümumən necə kitabxanalar olur[Mətn] /Ə. Ə. Seyidzadə; Azərbaycan İctimai Şura Cümhuriyyəti; Xalq Maarif Komissarlığı məktəbdən xaricdə təhsil və tərbiyə dairəsi şəkillərində qeyd olunmuşdur.

Tarixi Böyük Moskva knyazlığı, Çar Rusiyası, Rusiya imperiyası (1728–1730-cu illərdə), RSFSR və SSRİ-nin paytaxtı olmuşdur. İkinci Dünya müharibəsi dönəmində hərbi əməliyyatlarda fərqləndiyinə görə Qəhrəman şəhər statusunu almışdır.

Şərqi Avropa düzənliyində, Oka və Volqa çayları arasında yerləşir. Rusiya Federasiyasının subyekti kimi Moskva və Kaluqa vilayətləri ilə həmsərhəddir.

Moskva Rusiyanın məşhur turizm mərkəzidir. Burada yerləşən Kreml, Qırmızı meydan, Novodeviçi monastırı UNESCO Ümumdünya irsi siyahsına əlavə edilib.Sİyahı Ümumdünya irsi Şəhər mühüm nəqliyyat qovşağı sayılır, burada 6 aeroportl, 9 dəmir yolu vağzalları və 3 çay limanı var. 1935-ci ildən Moskvada metropoliten fəaliyyət göstərir. Moskva həmçinin ölkənin idman mərkəzi sayılır. 1980-ci ildə burada XXII Yay Olimpiya Oyunları, 2018-ci ildə isə futbol üzrə dünya çempionatı keçirilən şəhərlərdən biri olub.

Görməli yerlər Moskvanın görməli yerlərindən ən birincisi bütün Rusiyanın simvolu sayılan Moskva Kremlidir. Tarixi mənbələrdə ilk dəfə 1156-cı ildə adı çəkilən Kreml şəhərin mərkəzində Borovitsk təpəliyində yerləşir. Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən bu kilsə ruslar üçün milli xarakterin və vətən tarixinin simvoluna çevrilib. Moskvanın cənub-qərbində yerləşən Novodeviçi adlanan qadın monastrı XVI–XVII əsrdə yaranıb.

UNESCO tərəfindən dünyanın mədəni sərvətləri siyahısına salınan monastır Rusiyanın ən gözəl memarlıq abidəsi sayılır. Şəhərin mərkəzi meydanı olan Qızıl meydan Kremlin şərq divarının qarşısında yerləşir. Bu meydan yüz illər boyu Rusiyanın tarixində baş verən ən önəmli hadisələrə şahidlik edib. Xrista Spasitel məbədi 1812-ci ildə Napoleon üzərində qələbənin şərəfinə rus çarı I Aleksandrın əmri ilə tikilib. Arbat Moskvanın ən məşhur küçəsidir. 1993-cü ildə bu küçə 500 illiyini qeyd etdi. Burada Puşkinin, Lermontovun ev-muzeyləri yerləşir.

Rəsmi rəmzləri Moskvanın gerbi, bayrağı və himni şəhərin rəsmən təsdiqlənmiş rəmzləridir.

Moskvanın gerbi və bayrağı tünd-qırmızı heraldik qalxan və üzərində qara ilanı vuran Müqəddəs Georginin təsvir olunduğu düzbucaqlı taydan ibarətdir.Закон города Москвы "О гербе города Москвы" . Правительство Москвы. Архивировано 21 avqust 2011-ci il.

Qardaşlaşmış şəhərlər Moskvanın çoxlu qardaşlaşmış şəhərləri var. Onların böyük hissəsi XX əsrin 90-cı illərində yaranıb.

Berlin və Buenos-Ayres Moskva ilə ilk qardaşlaşmış şəhərlərdir.

Hadisələr 1980 Yay Olimpiya Oyunları 2009 Avroviziya Mahnı Müsabiqəsi 2018 FİFA Dünya Kuboku

Qalereya thumb|300px|Moskva Beynəlxalq Biznes Mərkəzi

Xarici keçidlər Представители каких национальностей проживают в Москве (Национальный состав Москвы на октябрь 2002 года,по данным переписи населения.) Moskva mənzərələri Official Moscow Administration Site Moskva Forumu

İstinadlar

Kateqoriya:Qəhrəman şəhərlər Kateqoriya:Rusiyanın avropa hissəsinin şəhərləri Kateqoriya:XII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:XI əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Asiya dövlətlərinin paytaxtları Kateqoriya:Rusiyanın milyon nəfərdən çox əhalisi olan şəhərləri Kateqoriya:1147-ci ildə yaranan yaşayış məntəqələri Kateqoriya:Kimyəvi elementlərin adlandırılması Kateqoriya:Rusiya imperiyasının inzibati bölgüsü Kateqoriya:Rusiyanın Federal subyektləri Kateqoriya:Xüsusi iqtisadi zonalar