Bədiş dili — Pakistanda danışılan, demək olar ki, nəsli kəsilmiş, təsnif edilməmiş Hind-İran dili. Dilin fərqliliyi təsdiqlənməyib, dil ailəsi adı da ola bilər. 2014-cü ildə "Ethnologue, Languages of the World"ində qeyd edilmişdir ki, bədiş dili ən azı üç nəsildir danışılmır, lakin 2018-ci ildə "BBC" hələ də bu dildə danışa bilən üç kişini taparaq mövzu haqqında süjet çəkmişdir.
Sahə dilçisi Məhəmməd Zaman Sağar bu dil üzərində işləyirdi, lakin iki il ərzində apardığı araşdırmalar nəticəsində cəmi yüzə yaxın söz toplaya bilmişdir. 2007-ci ilin iyul ayında o, yenidən Bişiqram vadisini ziyarət Setmiş və orada bir neçə gün insanlarla birlikdə olmuşdur. Digərləri ilə yanaşı, dilçi Zübeyr Torvali bu dildə qeydləri qorumaq üçün cəhdlər edilir.
2018-ci ildə "BBC" müxbirləri Pakistanın şimalındakı Bişiqram vadisində hələ də bədiş dilində danışa bilən üç qoca kişi (Səidgül, Əlişir və Rəhimgül) tapmışdır. Onlar bildirmişdilər ki, onların kəndində insanlar bədiş dili əvəzinə torvali dilində danışır. Onlar həmçinin, Svat vadisinin puştu dilinin danışıldığı turizm bölgələrində işləyirdilər. Bədiş dilinə aid bəzi ifadələri bunlar idi:
– Mənim adım Rəhimgüldür. – Mən bədişcə danışıram. – Nə ilə məşğulsan? – Mən yemək yedim. – Bu il qar çox yağmır.
İstinadlar
Xarici keçidlər The Badeshi People in Bishigram and Tirat valley, Swat Badeshi: Only three people speak this 'extinct' language Badeshi bible scripture
Kateqoriya:Pakistan dilləri Kateqoriya:Hind-ari dilləri