Süleymaniyyə təkyəsi ( ət-təkiyyə s-süleymaniyyə; ) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.

Süleymaniyyə təkyəsinin məscidi

Səlimiyyə mədrəsəsi

Süleymaniyyə təkyəsinin qəbiristanlığı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Osmanlı təkyələri Kateqoriya:Dəməşq Kateqoriya:Memar Sinanın əsərləri Kateqoriya:Sultan Süleyman Qanuni