Səfəvi imperiyasının ordusu — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvi dövlətinin ordusu. Səfəvi imperiyasının ordusunun təməli dövlətin yaradılmasından daha əvvəlki dövrdə qoyulmuşdur. Səfəvi ordeni zamanından mövcud olan müəyyən ordu sistemi dövlətin yaradılması uğrunda mübarizənin başladılması, dövlətin yaradılması, möhkəmlənməsi, genişlənməsi ilə paralel formada təkmilləşmişdir. Səfəvi ordusunda əsaslı islahat Şah I Abbasın adı ilə bağlıdır. Onun ordudakı islahatlarının əsas məqsədi qızılbaş əmirlərinin özbaşınalıqlarının qarşını almaq, vahid mərkəzdən idarə olunan güclü ordu yaratmaq və itirilmiş torpaqları geri qaytarmaq idi.

Səfəvi ordusunun yaradılması Səfəvi ordusunun əsasını imperiyanın ilk şahı I İsmayıl (1501–1524) qoymuşdur. Bu prosesin əsası 1500-cü ildə, yəni Gilanda bir bölgə olan Lahicanda gizlənən İsmayılın artıq açıq fəaliyyətə başlamaq qərarına gəlməsi ilə qoyulmuşdur. Azərbaycana gedərkən ordu toplamış və Rəştə çatdığı zaman 450, Tarıma çatdığı zaman isə 1500 döyüşçüsü olmuşdur. Yaydan etibarən artıq İsmayılın ətrafında 7 mindən artıq döyüşçü toplanmışdı. Bu ordunun demək olar ki, hamısı türk tayfalarından ibarət idi. Orduda qeyri-türk bircə irandilli tayfa olan talışlar mövcud idi. İsmayıl elə həmin ildə də Fərrux Yasar ilə savaşmış və qələbə qazanmışdır. Bu döyüşdə 7 min nəfərlik Qızılbaş ordusu 26.000 nəfərlik orduya qarşı döyüşmüşdü.

Ümumi xüsusiyyətlər İlk Səfəvi hökmdarları zamanı nizami ordu yox idi. Ordu müharibə zamanı əyalət hakimlərinin, bəylərbəyilərin ayrı-ayrı , qeyrinizami feodal dəstələrindən (qoşun) təşkil edilirdi. Bu, demək olar ki, qoşunları özləri gətirən və döyüşə aparan Azərbaycan tayfaları əmirlərinin süvari dəstələrindən ibrət olurdu. Bu toplanmış ordu onları gətirən tayfa başçıları tərəfindən təchiz edilir və saxlanılırdılar. Bu tayfa başçılarına, müxtəlif əmirlərə hətta döyüş zamanı da sərbəst hərəkət edə bilməsinə şərait yaradırdı. Şah ordunun komandanı hesab edilirdi, əgər hər hansısa səbəbdən şah orduda qatılmazdısa, ona komandan kimi adlı-sanlı Qızılbaş əmirlərindən biri şah tərəfindən təyin edilərdi. Bu xüsusiyyətləri ilə, Qızılbaş ordusu və ya Səfəvi ordusu öz sələfi Ağqoyunlu dövlətinin ordusuna bənzəyirdi.

Müharibə zamanı Səfəvilərin düşmənə qarşı çıxardığı ordusunun sayı haqqında dəqiq məlumat əldə edilməmişdir. Ehtimal etmək olar ki, feodal hakimlərin müharibədə iştirakı dərəcəsindən asılı olaraq daim dəyişmişdir. Bunu hətta sayca az olan mənbələr də təsdiq edir. Alessandri belə hesab edir ki, müharibə zamanı qoşunların sayı 60 min nəfərə çatırdı. 1586-cı ildə Səfəvilər sarayına gəlmiş C. Vekyetti də güman edir ki, "ən diqqətli hesablamalara görə, altmış min nəfərdən artıq adamı silahlandırmaq olmaz…". Bu barədə ən qiymətli məlumatları Minadoi verir. O, müxtəlif vilayətlərin döyüşə çıxardığı feodal yığma qoşunlarının sayını göstərir. Məsələn, İsfahan və onun əyaləti 8 min nəfər, Kaşan – 4 min, Savə — 1 min, sultaniyyə — 1 min, Qəzvin – 12 min, Ərdəbil – 1 min, Şiraz – 8 min, Təbriz – 4 min, Qum — 2 min, Gəncə və Gürcüstanın bir hissəsi 4 min nəfər atlı verirdi. Bu siyahı heç də tam deyildir. Çünki Səfəvilər dövlətinin Xorasan, Şirvan, Çuxursəəd, Məşhəd, Kirman və s. kimi bir sıra mühüm əyalətlərini əhatə etmir. Minadoi "Səfəvilər döyüşə 60 minə qədər süvari çıxara bilirdilər" fikrini göstərərkən ehtimal etmişdir ki, əgər bütün əyalətlərin hakimləri birlikdə çıxış etsəydilər, o zaman Səfəvilər döyüşə sayı 130–140 min nəfərə çatan qoşun çıxara bilərdilər.

Səfəvi tarixi üzrə mütəxəssis Oqtay Əfəndiyev kitabında I Şah Təhmasibin çağırışı ilə əlaqədar olaraq toplanmış orduya keçirilən baxışda iştirak etmiş salnaməçi Qazi Əhmədin ordudakı döyüşçü sayının 120 min olduğunu və ümumilikdə isə, Təhmasib ölənə yaxın onun şah təminatında (məvacibində) "qızılbaş tayfalarından və nəsillərindən 200 min adam var idi" yazdığını bildirmişdir. Əfəndiyev bu rəqəmlərin bəzi xüsusiyyətləri nəzərə alındıqda (mərkəzi hakimiyyətin heç vaxt bütün ordunu bir yerə gətirə bilmədiyi və s.) inanılır olduğunu əlavə etmişdir.

Səfəvi imperiyasının erkən tarixlərində ordu da türklərlə yanaşı iştirak edən digər etnos gürcülər idi. Bu barədə müxtəlif venesiyalı tacirlərin xatirələrində məlumat vardır. Venesiyalı tacir Morati Augurioto belə döyüşçülərin Təbriz şəhərində də olduğunu yazmışdır.

Yüksək hərbi komandanlar "Dövlətin sütunları" adlandırılan vəzifələrdən ən azı üçü hərbi vəzifələrdən olan şəxslər idilər: qullarağası, qorçubaşı və tüfəngçibaşı. Dövlətin idarə olunmasında çox mühüm əhəmiyyət daşıyan, daxili dövlət şurası adlandırılan şuradakı şəxslərdən üçü mütləq hərbi vəzifələri daşımalı idilər. Cəngi adlandırılan bu şura hərb və sülh məsələləri də daxil olmaqla, dövlətin ən əhəmiyyətli məsələləri ilə məşğul olmalı idilər. Bu qeyd olunan yüksək dərəcəli hərbi vəzifələri daşıyan şəxslər "dövlətin sütunları" adlandırılırdı. Ordunun komandanı hesab edilən sipəhsalar da hərbi məsələlər müzakirə edilən zaman cənginin iclaslarına qatılmalı idilər.

Baş komandan Əmir əl-üməra adlandırılan ordunun baş komandanı dövlətin idarə olunmasında mühüm əhəmiyyət daşıyan vəzifələrdən biri hesab edilirdi. Səfəvi imperiyasının ilk günlərində bu vəzifədə oturanların əksəriyyəti türk-qızılbaş tayfalarına mənsub olan şəxslər olmuşdur. Lakin XVII əsrdən etibarən bu vəzifəyə qeyri-qızılbaşlar da, xüsusən gürcü mənşəli qulamların təyin olunmasına başlanmışdır. Bu vəzifə üçün xarakterik olan digər xüsusiyyət onun XVII əsrdən etibarən Azərbaycan vilayətinin canişinliyi ilə eyniləşmiş vəziyyətdə idi. Beləki Azərbaycan vilayətinin canişini eyni zamanda Səfəvi imperiyasının ordusunun komandanı vəzifəsini də yerinə yetirirdi.

1533-cü ilə qədər baş komandan vəzifəsini icra edən şəxs həm də vəkil vəzifəsini icra edirdi. 1533-cü ildə Səfəvi şahı I Təhmasib bunun onun hakimiyyəti üçün təhlükəli olduğunu hiss etdi və vəkil postunun artıq ləğv edildiyini elan etdi. Beləliklə, o, ölkədə hər hansısa şəxsin onunla güc mübarizəsi apara biləcək səlahiyyətlərə sahib olmasının qarşısını almaq istəyirdi. Həm də, 1524-cü ildə, hələ 10 yaşı olarkən şah olan Təhmasibin hakimiyyətinin ilk 8 ilində ölkə daxili qarışıqlıqlara qərq olmuşdu. Bu dəyişiklik bu dönəmin artıq sonlandığının da nişanəsi kimi dəyərləndirilə bilər. Həmçinin, I Təhmasib vilayətləri idarə etmək üçün bəylərbəyi adlanan vəzifələr də yaratmışdı. Bu bəylərbəyilərinin özünü də vilayət ordusu və onun baş komandanı da mövcud idi. Buna görə də, ölkədə əmir ül-üməraların sayının çoxalması mərkəzdəki əmir ül-üməranın gücünün azalması demək idi. Bu bəylərbəyilərinin öz vilayətlərindəki hərbi əmirlər üzərində tam hakimiyyəti mövcud idi. Beləliklə, Qızılbaş əmirlərinin nüfuzu bir qədər zəiflədilmiş, mərkəzi hakimiyyətin nüfuzu yüksəlmişdir.

XVII əsrə qədər əmir-ül üməra vəzifəsi qorçubaşı vəzifəsinə bərabər tutulurdu. Həmçinin, bu vəzifəni daşıyanlar tez-tez vilayət canişinliyi vəzifəsini də icra edirdilər. Əmir-ül üməraların naib və vəzir vəzifələrini tutduqlarına rast gəlmək mümkündür. Məsələn, Rüstəm xan əmir-ül üməra olmaqla bərabər, həm tüfəngçiağası və divanbəyi vəzifələrini də icra etmişdir.

Sarayda böyük vəzifəyə sahib olmuş Mirzə Nağı Nasiriyə görə, əmir ül-üməranın müharibə zamanın ordunun baş komandanı olduğunu yazmışdır. Səfəvi imperiyasının sonlarına doğru bu vəzifə qullarağası vəzifəsiylə birlikdə ən mühüm vəzifələrdən biri olmaqla yanaşı, qorçubaşıdan sonra gəlirdi. Hüseynqulu xan əmir ül-üməra təyin edildiyi zaman ona marşal dəynəyi də verilmişdi. Villem Floora görə, bu bilindiyi qədərilə ilk belə hadisədir ki, əmir əl-üməraya marşallık nişanı təqdim edilmişdir.

Səfəvi ordusunun əmir əl-üməralarının siyahısı Name Entered office Left office Ethnicity Family/tribe Monarch Hüseyn bəy Şamlı 1501 1502 Türkman Şamlı Şah İsmayıl Nəcməddin Məsud Gilani 1509 1509 Gilək Nəcmi Sani 1509 1510 Fars Xuzani ailəsi Seyid Mir Əbdülbağı Nemətullahi 1513 1514 Bilinmir Məhəmməd bəy Süfrəçi Ustaclı 1514 1515 Türkman Ustaclı tayfası Bəyazid Sultan Ustaclı 1523 1524 Türkman Ustaclı tayfasl Şah İsmayıl, I Təhmasib Div Sultan Rumlu 1523 1524 Türkman Rumlu tayfası Div Sultan Rumlu + Mustafa Sultan Ustaclı 1524 1524 Türkman Müvafiq olaraq, Rumlu və Ustaclı tayfaları Div Sultan Rumlu + Çuxa Sultan Təkəli 1526 1526 Türkman Müvafiq olaraq, Rumlu və Təkəli tayfaları I Təhmasib Çuxa Sultan Təkəli 1527 1527 Türkman Təkəli tayfasl Hüseyn bəy Şamlı və Abdullah xan Ustaclı 1531 1534 Türkman Müvafiq olaraq, Şamlı və Ustaclı tayfaları Şahqulu Sultan Ustaclı 1567 1568 Türkman Ustaclı tayfası Qaraçaqay xan 1616 1626 Erməni I Abbas Zeynal xan Şamlı 1629 1630 Türkman Şamlı tayfasl I Abbas, I Səfi Rüstəm xan Sipəhsalar 1631 1643 Gürcü Saakadze ailəsi I Səfi, II Abbas Mürtəzaqulu xan Qacar 1649 1649 Türkman Qacar tayfası II Abbas Əliqulu xan 1650 1654 Gürcü Tarxan-Muravi ailəsi Həmzə xan ? 1690-ə qədər Bilinmir Ən azı I Süleyman Əliqulu xan Zəngənə 1666 1691 Kürd Zəngənə eli II Abbas, I Süleyman II Rüstəm xan Sipəhsalar 1692 1692 Gürcü Saakadze ailəsi I Süleyman Şahnəvaz xan 1703 1703 Gürcü Baqrationilər Şah Sultan Hüseyn Keyxosrov xan 1709 1709 Gürcü Baqrationilər Məhəmmədzaman xan Şamlı 1712 1712 Türkman Şamlı tayfası Mənsur xan ? fevral 1715 Bilinmir Səfiqulu xan February 1715 ? Bilinmir Məhəmmədəli xan ? iyun 1716 Qumuq Qumuq şamxalı Fətəli xan Türkman oktyabr 1716 oktyabr 1716 Türkman Hüseynqulu xan 1716-cı ilin sonu 1716-cı ilin sonu Gürcü Baqrationilər Fətəli xan Dağıstani 1718 1720 Gürcü Qumuq şamxalı İsmayıl xan dekabr 1720 dekabr 1720 Bilinmir Şamir Əli aprel 1721 aprel 1721 Bilinmir Məhəmməd bəy Şamlı sentyabr 1721 sentyabr 1721 Türkman Şamlı tayfasl Hüseynqulu xan iyun 1722 iyun 1722 Gürcü Baqrationilər

Qorçubaşı thumb|Qorçubaşı vəzifəsində xidmət etmiş Səfəvi şahzadəsi İsa xan Səfəvi Qorçubaşı Səfəvi şahının şəxsi qvardiyasının komandanının icra etdiyi vəzifədir. Çox qədim vəzifə olmaqla birliktə, Səfəvi imperiyasında mövcud olan vəzifələr içində ən önəmlilərindən biri hesab edilməkdədir. Bu vəzifəyə təyinatlar həmişə qorçu korpusunun daxilindən olmuşdur. Lakin bu yenə də qorçulara komandanlıq edənlərin həmişə qorçulardan biri olduğu mənasına gəlmir. Məsələn, XVI əsr boyunca qorçular döyüş meydanlarında tez-tez başqa komandanlar tərəfindən idarə olunmuşdur.

Qorçular daxilində də məsələlər digər qızılbaş tayfalarındakı kimi yürüdülürdü. Bildirildiyinə görə, qorçubaşılardan heç biri xan rütbəsinə sahib deyildi, onlar çox zaman bəy rübəsində xidmət edirdilər. Masaşi Hanedaya görə, bu, qorçubaşı vəzifəsinin mühüm əhəmiyyət daşımasına baxmayaraq, birinci dərəcəli vəzifələr içində görülmədiyinin sübutudur. Haneda bunu farsdilli qaynaqların incələnməsi zamanı da görməyin mümkün olduğunu bildirir. Beləki, bu qaynaqlarda qorçubaşılara o qədər də önəm verilməmişdir. Bu qaynaqlarda daha çox sədr, vəkil və əmir ül-üməra vəzifələrinə olan təyinatlara diqqət edilmişdir. Villem Floor da bunu təkrarlayaraq əlavə edir ki, qorçubaşı hakim Qızılbaş elitası içində ikinci dərəcəli hesab edilmişdir.

Mərkəzi hakimiyyətin zəiflədiyi dönəmlərdə bu vəzifə əsasən Şamlı və Təkəli tayfalarının üzvləri tərəfindən yerinə yetirilmişdir. Digər rəhbər hərbi vəzifələr kimi qorçubaşının da müavini var idi.

Həmçinin bəzi vilayət və əyalətlərdə xidmət edən qorçular da mövcud idi. Məsələn, Gürcüstan valisinin özünün onu qoruması üçün qorçu korpusuna sahib olduğu bilinməkdədir. Bu cür vilayətlərdə cəmləşmiş qorçular və onların komandanları mərkəzdəki ali qorçubaşıya tabe hesab edilirdi.

Qorçu sözü qorumaq sözündən yaranmışdır.

Qullarağası