thumb|250px|right|İkipilləkənli amvonu olan ikonotas. Macarıstan. Amvon (; ) — xristian kilsəsində Bibliya mətnləri, moizələr və litaniyaların oxunduğu yer. Şərqi ortodoks xristianlıq, Antixalkidon kilsələrində, Şərqi Katolik Kilsələrində işlənir.
Etimologiya Tədqiqatçıların əksəriyyəti hesab edir ki, "amvon" sözü yunan dilindəki "anabayno" – "yuxarı çıxmaq" felindən törəmiş bir isimdir. İstənilən təfsirdə bu söz yüksəkliklə əlaqələndirilirdi.
Tarixi Erkən xristian və Bizans kilsələrində amvon xorun hər iki tərəfində və ya mərkəzi günbəzin altında yerləşdirilən kafedra idi. Amvona qalxan bir-iki pilləkən olurdu. Rus kilsəsində bu, kral qapılarının qarşısında yerləşən soleyanın yarımdairəvi hissəsidir. Amvon İsanın məzarının girişini bağlayan daşı simvolizə edirdi.
İstinadlar
Əlavə ədəbiyyat Ambo (in the Russian and Greek Church), Catholic Encyclopedia. Early Christian ambo from Hagia Sophia in Constantinople.
Kateqoriya:Şərqi xristianlıq Kateqoriya:Kilsə memarlığı Kateqoriya:Altarlar