1953–1955-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin III çağırışının beşinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 18 aprel 1953-cü ildən Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasındək, yəni 26 mart 1955-ci ilədək fəaliyyət göstərmişdir.
Haqqında 18 aprel 1953-cü ildə keçirilmiş Azərbaycan SSR Ali Sovetinin III çağırışının beşinci sessiyasında Azərbaycan SSR hökumətinin — Azərbaycan SSR Nazirlər Sovetinin yeni tərkibi təşkil edildi. Sessiyada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov hökumət başçısı — Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Teymur Quliyev isə Nazirlər Soveti sədrinin birinci müavini seçildi. Həmin il avqustun 17-də keçirilən Ali Sovetin növbəti sessiyasında Mir Cəfər Bağırov vəzifəsindən azad edildi və Teymur Quliyev yenidən əvvəlki vəzifəsinə — Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə qaytarıldı. 9 mart 1954-cü ildə isə onu bu vəzifədə Sadıq Rəhimov əvəz etdi. Hökumət Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasında yeni kabinet tərkibi formalaşdırılanadək fəaliyyət göstərdi.
Struktur dəyişiklikləri Hökumətin fəaliyyət göstərdiyi 2 il ərzində bir sıra struktur dəyişiklikləri olmuşdur: 15 avqust 1953-cü ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Azərbaycan SSR Yol və Nəqliyyat Təsərrüfatı Nazirliyi adlandırılmış; 5 oktyabr 1953-cü ildə Azərbaycan SSR Yol və Nəqliyyat Təsərrüfatı Nazirliyi Azərbaycan SSR Avtomobil Nəqliyyatı və Şose Yolları Nazirliyinə çevrilmiş; 24 oktyabr 1953-cü ildə Azərbaycan SSR Sovxozlar Nazirliyi, eləcə də Azərbaycan SSR Yüngül və Yeyinti Sənayesi Nazirliyi əsasında Azərbaycan SSR Çoxişlənən Sənaye Malları Nazirliyi və Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyi yaradılmış; 6 yanvar 1954-cü ildə Azərbaycan SSR Kənd Təsərrüfatı və Tədarük Nazirliyi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi adlandırılmış, Azərbaycan SSR Kommunal Təsərrüfatı və Mənzil-Mülki Tikinti Nazirliyi iki ayrı quruma — Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinə və Azərbaycan SSR Kommunal Təsərrüfatı Mənzil-Mülki Tikinti Nazirliyinə bölünmüş; 30 yanvar 1954-cü ildə Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi yaradılmış; 8 may 1954-cü ildə Azərbaycan SSR Balıq Sənayesi yaradılmış; 3 may 1954-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi yaradılmış; 25 avqust 1954-cü ildə Azərbaycan SSR Mənzil-Mülki Tikinti Nazirliyi Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyinə çevrilmiş; 19 may 1954-cü ildə Azərbaycan SSR Ət və Süd Məhsulları Sənayesi Nazirliyi yaradılmış; 2 iyun 1954-cü ildə Azərbaycan SSR Neft Sənayesi Nazirliyi yaradılmış; 9 fevral 1955-ci ildə Azərbaycan SSR Rabitə Nazirliyi yaradılmışdır.
Hökumətin tərkibi
Nazirlər Sovetinin sədri və onun müavinləri Vəzifə Səlahiyyətin başlanğıcı Səlahiyyətin sonu QeydlərNazirlər Sovetinin sədri və onun müavinləriNazirlər Sovetinin sədriBağırovMir Cəfər Abbas oğlu 18 aprel 1953 17 avqust 1953QuliyevTeymur İmamqulu oğlu 17 avqust 1953 9 mart 1954RəhimovSadıq Hacıyarəli oğlu 9 mart 1954 26 mart 1955Nazirlər Soveti sədrinin birinci müaviniQuliyevTeymur İmamqulu oğlu 18 aprel 1953 17 avqust 1953ƏmiraslanovMöhbalı Fridun oğlu 11 avqust 1953 9 mart 1954Abdullayevİlyas Kərim oğlu 9 mart 1954 26 mart 1955 Nazirlər Soveti sədrinin müaviniƏmiraslanovMöhbalı Fridun oğlu 18 aprel 1953 11 avqust 1953 Nazirlər Soveti sədrinin müaviniAbdullayevYusif Mirzə 18 aprel 1953 9 mart 1954 Nazirlər Soveti sədrinin müaviniRəhimovMahmud Cəfərqulu oğlu 18 aprel 1953 26 mart 1955 Nazirlər Soveti sədrinin müaviniSumbatov-TopuridzeYuvelyan Davidoviç 18 aprel 1953 20 iyul 1953 Nazirlər Soveti sədrinin müaviniMaqomayevCəmaləddin Müslüm oğlu 31 dekabr 1953 26 mart 1955 Nazirlər Soveti sədrinin müaviniSultanovaHökumə İsmayıl qızı 8 may 1954 26 mart 1955 Nazirlər Soveti sədrinin müaviniSaakovNikolay Vartanoviç 19 may 1954 26 mart 1955
Azərbaycan SSR nazirləri Vəzifə Səlahiyyətin başlanğıcı Səlahiyyətin sonu QeydlərAzərbaycan SSR nazirləriDaxili işlər naziriYemelyanovStepan Fyodoroviç 18 aprel 1953 11 avqust 1953QuskovAnatoli Mixayloviç 11 avqust 1953 3 may 1954BulıqaAndrey Yevstavyeviç 3 may 1954 26 mart 1955 Kənd təsərrüfatı və tədarük naziriAbdullayevİlyas Kərim oğlu 18 aprel 1953 6 yanvar 1954Kənd təsərrüfatı naziriAbdullayevİlyas Kərim oğlu 6 yanvar 1954 9 mart 1954SeyidovHəsən Əli oğlu 9 mart 1954 26 mart 1955 Mədəniyyət naziriƏləkbərovMəmməd Həmid oğlu 18 aprel 1953 26 mart 1955 Yüngül və yeyinti sənayesi naziriAğayevNurulla Qurban oğlu 18 aprel 1953 24 oktyabr 1953Tikinti materialları sənayesi naziriDadaşovHadı Ələkbər oğlu 18 aprel 1953 5 oktyabr 1953ƏləkbərovAğamehdi Salman oğlu 5 oktyabr 1953 26 mart 1955Ticarət naziriAydınbəyovSalam Müqtədir oğlu 18 aprel 1953 8 yanvar 1954SultanovŞəmsəddin Qurban oğlu 22 fevral 1954 1955AxundovNadir Ələkbər oğlu 16 fevral 1955 26 mart 1955 Maliyyə naziriSadıqovRza Nəcəfqulu oğlu 18 aprel 1953 26 mart 1955Səhiyyə naziriHüseynovƏlihüseyn Ağahüseyn oğlu 18 aprel 1953 27 may 1954AxundovVəli Yusif oğlu 27 may 1954 26 mart 1955 Dövlət nəzarəti naziriVorobyovPyotr Fyodoroviç 18 aprel 1953 26 mart 1955Ədliyyə naziriƏliməmmədovSəfər Hüseynzadə 18 aprel 1953 17 aprel 1954Gülməmmədovİshaq Musa oğlu 17 aprel 1954 26 mart 1955 Xarici işlər naziriƏliyevMahmud İsmayıl oğlu 18 aprel 1953 26 mart 1955Maarif naziriMehdizadəMehdi Məmməd oğlu 18 aprel 1953 12 iyun 1954MəmmədovMirzə Rəhim oğlu 12 iyun 1954 26 mart 1955 Avtomobil nəqliyyatı naziriİsgəndərovHüseyn Nəcəf oğlu 18 aprel 1953 15 avqust 1953 Yol və nəqliyyat təsərrüfatı naziriİsgəndərovHüseyn Nəcəf oğlu 15 avqust 1953 5 oktyabr 1953 Avtomobil nəqliyyatı və şose yolları naziriİsgəndərovHüseyn Nəcəf oğlu 5 oktyabr 1953 26 mart 1955 Kommunal təsərrüfatı və mənzil-mülki tikinti naziriRəhimovSadıq Hacıyarəli oğlu 18 aprel 1953 28 oktyabr 1953Yerli sənaye naziriMaqomayevCəmaləddin Müslüm oğlu 18 aprel 1953 31 dekabr 1953QasımovSəlim Qasım oğlu 31 dekabr 1953 26 mart 1955 İctimai təminat naziriSeyidməmmədovaZüleyxa Həbib qızı 18 aprel 1953 26 mart 1955 Sovxozlar naziriMirzəyevSultan Abbas oğlu 9 dekabr 1953 26 mart 1955 Müdafiə naziri— — — Ərzaq malları sənayesi naziriAğayevNurulla Qurban oğlu 12 noyabr 1953 26 mart 1955Çoxişlənən sənaye malları naziriRəhimovSadıq Hacıyarəli oğlu 28 oktyabr 1953 9 mart 1954ƏmiraslanovMöhbalı Fridun oğlu 9 mart 1954 26 mart 1955 Mənzil-mülki tikinti naziriQasımzadəƏnvər Əli oğlu 22 yanvar 1954 25 avqust 1954 Şəhər və kənd tikintisi naziri— — — Kommunal təsərrüfatı naziriAbdullayevAbutalıb Mirağa oğlu 11 fevral 1954 26 mart 1955 Su təsərrüfatı naziriƏbdülrəhimovTağı İbrahim oğlu 31 mart 1954 26 mart 1955 Balıq sənayesi naziriGözəlovAdıgözəl Xəlil oğlu 19 may 1954 26 mart 1955 Ət və süd məhsulları sənayesi naziri— — — Neft sənayesi naziriVəzirovSüleyman Azad oğlu 30 iyun 1954 26 mart 1955 Rabitə naziriHüseynovTeymur Qulu oğlu 9 fevral 1955 26 mart 1955
Komissiya və komitə sədrləri Vəzifə Səlahiyyətin başlanğıcı Səlahiyyətin sonu QeydlərNazirlər Sovetinin komissiya və komitə sədrləriAzərbaycan SSR Dövlət Plan Komissiyasının sədriSeyidovHəsən Əli oğlu 18 aprel 1953 9 mart 1954İbrahimovƏli İsmayıl oğlu 9 mart 1954 26 mart 1955 Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədriQuskovAnatoli Mixayloviç 5 iyun 1954 26 mart 1955
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycan SSR hökumətləri