Ziff Davis, LLC — ABŞ nəşriyyat və internet şirkəti. 1927-ci ildə İllinoys ştatının Çikaqo şəhərində Vilyam Bernard Ziff böyük və Bernard Corc Devis tərəfindən yaradılmışdır.
Tarixi "Ziff Davis" mövcud olduğu müddət ərzində tez-tez yüksək qiymətli, yüksək reklam olunan texnologiya, avtomobillər, fotoqrafiya və elektronika kimi mövzulara həsr olunmuş həvəskar jurnallar nəşr etmişdir. "Ziff Davis" həmçinin, 1970-ci illərin ortalarından başlayaraq və daha sonra öz "ZDTV" informasiya texnologiyaları şəbəkəsi vasitəsilə relay imkanlarına malik idi. Adı "TechTV" olaraq dəyişdirilərək 2001-ci ildə "Vulcan Ventures" şirkətinə satılmışdır. "Ziff Davis"in Nyu-York, Massaçusets və San-Fransiskoda jurnal naşirləri və internet ofisləri var.
6 yanvar 2009-cu ildə şirkət "1UP.com"u "UGO Entertainment"ə, eləcə də "Hearst Corporation"un bir bölməsinə satmış, "Electronic Gaming Monthly" jurnalının son nömrəsinin buraxılacağını açıqlamışdır.
IGN Network
IGN
Ləğv edilmiş jurnallar və saytlar 1UP.com A+ Magazine Computer Gaming World Creative Computing GameNOW Games for Windows: The Official Magazine GameSpy GMR
Official U.S. PlayStation Magazine Patch Management PC Magazine
Small Business Center Sm@rt Partner
Xbox Nation
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ internet şirkətləri Kateqoriya:Nyu-York şirkətləri Kateqoriya:1927-ci ildə ABŞ-də yarananlar Kateqoriya:Nyu-York media şirkətləri