"Postmedia Network Canada Corp." (həmçinin "Postmedia Network", "Postmedia News" və ya "Postmedia") — Kanada media konqlomeratı. Şirkət qəzet nəşri, xəbərlərin toplanması və internet əməliyyatları ilə məşğul olur. "National Post" və "Financial Post" nəşrlərinin sahibi olması faktı ilə tanınır.
Şirkətin strategiyası səbəbindən "Postmedia Network" öz nəşrlərinin rəqəmsal xəbərlərin toplanması və yayılmasına, o cümlədən genişləndirilmiş vebsaytlar, smartfonlar və planşetlər üçün rəqəmsal xəbər proqramlarına daha çox vəsait sərf etməsinə gətirib çıxarmışdır."Postmedia revamps Ottawa Citizen's digital service" . Bu, 2014-cü ildə fəaliyyətə başlamış "Ottawa Citizen"in yenidən təşkili və tərtibi ilə başlamışdır."Postmedia revamps Ottawa Citizen's digital service" .
"Postmedia"nın 66%-i hal-hazırda ABŞ media konqlomeratı "Chatham Asset Management"ə məxsusdur. section 14
Tarixi Şirkətin mülkiyyəti 2010-cu ildə "National Post"un baş direktoru Pol Qodfrey tərəfindən maliyyə cəhətdən problemli Asper ailəsinin "Canwest" şirkəti tərəfindən satılan qəzetlər zəncirinə təklif vermək üçün toplanmışdı. Qodfrey ABŞ özəl kapital firması "GoldenTree Asset Management", eləcə də "IJNR Investment Trust", "Nyppex" və digər investorlardan maliyyə dəstəyi almağı bacarmışdır. Şirkət 13 iyul 2010-cu ildə "Canwest"dən zənciri almaq üçün 1,1 milyard dollar dəyərindəki əməliyyatı tamamlamışdır.
Mübahisələr "Postmedia Network"un yaradılması Kanadanın bütün gündəlik və həftəlik qəzetlərinin 90 faizindən çoxunu bir şirkətdə effektiv şəkildə cəmləşdirir.
Pol Qodfrey 2016-cı ildə, "Postmedia"nın bütün şirkətdə işçilərini ixtisar etdiyi bir vaxtda 900 min dollar bonus almışdır.
İstinadlar
Xarici keçidlər
Canada.com web portal
Kateqoriya:Kanada şirkətləri Kateqoriya:2010-cu ildə Kanadada yarananlar