Aba A. Bentil Andam () — Qana fiziki. O, hissəciklər fizikası üzrə ixtisaslaşmışdır. Andam 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam qanalı ilk qadın fizikdir.

Fəaliyyəti Aba Andam müxtəlif elmi təşkilatların əməkdaşıdır. Bunlara Dünya İnnovasiya Fondu (2002-ci ildən), Qana İncəsənət və Elmlər Akademiyası (2003-cü ildən), Fizika İnstitutu (2004-cü ildən) aiddir. O, 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam bu vəzifəni tutan ikinci qadın idi.

Şəxsi həyatı Aba Andam inşaat mühəndisi, akademik və keçmiş vitse-kansler olan professor Kvesi Akvansah Andam ilə evlənmişdir. Onların dörd övladı olmuşdur.

İstinadlar

Kateqoriya:Qana alimləri