Patrik Kpozo (; ) — Qana futbolçusu, futbol üzrə İsveç çempionatında çıxış edən "AİK" FK-nın müdafiəçisi.
Karyera
Klub Patrik Kpozo Qana futbolunun yetirməsidir. O, 2015-ci ildə "AİK" skautlarının maraqlarını cəlb etmiş və sınaq üçün İsveç klubuna gəlmiş, tezliklə burada müqavilə imzalayaraq gənclər komandasına qoşulmuşdur. Kpozo 2016-cı il mövsümündən əsas komandaya gətirilmişdir. O, 23 may 2016-cı ildə İsveç çempionatında "Gefle" ilə qarşlkaşmada debüt etmiş, start heyətində meydana çıxmış və bütün matçı meydanda keçirmişdir.
Beynəlxalq Patrik Kpozo 20 yaşadək Qana yığması ilə təlim-məşq toplanışına dəvət edilmişdir, rəsmi oyunlarda iştirak etməmişdir.
İstinadlar
Kateqoriya:Qana futbolçuları Kateqoriya:AİK FK futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Şerif Tiraspol FK futbolçuları