Zərifə Teymur qızı Salahova () — Azərbaycan ictimai xadimi, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri.
Həyatı Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952–1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966–1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956–1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958–1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub.
1962–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970–1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub. 1981–1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub.
İctimai-siyası fəaliyyəti Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.
1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. Onun yaratdığı Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə öz fəaliyyətinə başlamışdır.
2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü təyin edilib.
Mükafatları 1 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2012-ci ildə Belarus Prezidentinin Fərmanına əsasən Belarus Respublikasının dövlət mükafatı – "Fransisk Skarina" medalına layiq görülmüşdür.4 may 2012-ci il Bakı miniatür kitab muzeyində Azərbaycanın əməkdar xadim Zərifə Salahovaya Belarus respublikasının dövlət mükafatı – Fransisk Skarina medalının təqdim edilməsi mərasimi olmuşdu. bsu-edu.org, 04.05.2012
1 fevral 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.Z.T.Salahovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Həmçinin bax Dünya şöhrətli rəssam Tahir Salahovun bacısıdır.
İstinadlar
Kateqoriya:Azərbaycan kuratorları Kateqoriya:Azərbaycan muzey direktorları Kateqoriya:Azərbaycan kolleksiyaçıları Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin ikinci katibləri Kateqoriya:Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları