Vyana (, bav. Wean, ) — Avstriyanın paytaxtı, ən böyük şəhəri və 9 federal əyalətindən biri. 2 milyondan çox əhalisi ilə Avstriyanın ən böyük şəhəri statusuna malikdir. Daha böyük aqlomerasiya rayonu təqribən 2,9 milyon əhaliyə ev sahibliyi edir ki, bu rəqəm də ölkənin əhalisinin təxmini üçdə birinə bərabərdir. Vyana ölkənin mədəni, iqtisadi və siyasi mərkəzi, Avropa İttifaqının əhalisinə görə 5-ci ən böyük şəhəri və Dunay çayının üzərindəki şəhərlər arasında ən sıx məskunlaşılan şəhəridir.
Şəhər Vyananı Avstriyanın ucqar qərb hissələrindən ayıran Apl dağlarının ən şimal-şərq təpələri olan Vyana meşələrinin şərq kənarında, Pannoniya hövzəsinə keçiddə yerləşir. Dunay çayının üzərində yerləşən şəhərə Vyana çayı tərəfdən keçilir. Vyana tamamilə Aşağı Avstriya ilə əhatə olunub və Slovakiyanın, həmçinin paytaxtı Bratislavanın təxminən 50 km qərbində, Macarıstanın 60 km şimal-qərbində, eləcə də Moraviyanın (Çexiya) 60 km cənububda yerləşir.
Bir vaxtlar keltlərin yaşadığı yer olan Veduniyanı I əsrdə romalılar kastrum və kanava Vindobonaya (Pannoniya əyaləti) çevirdi. Daha sonra 212-ci ildə Roma şəhərinin xalqlarına sahib munisipiuma yüksəltdi. Bunun ardınca bölgədəki əhalinin çoxunun slavyanların yaratdığı lombardlar, daha sonra Pannoniya avarlarının təsiri altında olan dövr gəlmişdir. Vyana 1155-ci ildə 976-cı ildən 1278-ci ilə qədər Avstriyaın lordları olan Babenberqlərin mərkəzi kimi qurulmuş və 1221-ci ildə Vyanaya şəhər hüquqları verilmişdir. XVI əsrdə Avstriyanın sonrakı lordları olan Habsburqlar 1806-cı ildə süqut edənə qədər Vyananı Müqəddəs Roma imperiyasının imperatorlarının mərkəzi kimi qurdu. 1804-cü ildə Avstriya imperiyasının yaradılması ilə Vyana bu imperiyanın və xələfi olan bütün dövlətlərin paytaxtı olmuşdur.
Vyana müasir dövr ərzində dünyanın alman dilində danışılan ən böyük şəhərləri arasında olmuşdur. XVIII-XIX əsrlərdə ən böyük şəhər olan Vyana XX əsrin əvvəlində Berlindən sonra ikinci sırada yer almazdan əvvəl iki milyon əhaliyə qalxmışdır. Vyana BMT, OPEC və ATƏT daxil olmaqla bir çox böyük beynəlxalq təşkilatlara ev sahibliyi edir. Şəhərin mərkəzi 2001-ci ildə UNESCO Ümumdünya İrs siyahısına əlavə edilmişdir. 2017-ci ilin iyulunda isə Təhlükədə olan ümumdünya irsi siyahısına əlavə edilmişdir.
Bethoven, Brahms, Brakner, Haydn, Maxler, Mozart, Şoenberq, Şxubert, I Yohanna Strauss və II Yohanna Strauss kimi bir çox məşhur klassik musiqi sənətçisinin yaşayıb yaratdığı Vyana musiqi mirasına görə "musiqi şəhəri" kimi adlandırılmışdır. Vyana klassizmi dövründən XX əsrin əvvəllərinə qədər öndə gələn Avropanın musiqi mərkəzi kimi mühüm əhəmiyyət kəsb etmişdir. Vyana dünyanın ilk psixoanalisti Siqmund Freydə ev sahibliyi etmişdir. Vyananın tarixi mərkəzi Barok saraylar və baxçalar ilə böyük binalar, abidələr və parklarla əhatəli XIX əsrin sonuna aid Rinqştrase daxil olmaqla memarlıq cəhətdən zəngindir.
Rayonları
Rayonlar №Rayon Gerb Ərazi(km2)Əhali(2023)Əhalinin sıxlığı (/km2) Xəritə1İçəri Şəhər 2.86916.5385,7642Leopoldştadt 19.242110,1005,7073Landştrase 7.40398,39813,2924Viden 1.77633,15518,6685Marqareten 2.01254,40027,0386Mariahilf 1.45531,38621,5717Noybay 1.60831,51319,5988Yozefştadt 1.09024,49922,4769Alzerqrund 2.97641,63113,98910Favoriten 31.823220,3246,92311Zimmerinq 23.256110,5594,75412Maydlinq 8.103101,71412,55613Hitsinq 37.71355,5051,47214Pentsinq 33.76098,1612,90815Rudolfshaym-Fyunfhaus 3.91876,38119,49516Ottakrinq 8.673102,77011,84917Hernals 11.39656,6714,97318Verinq 6.34751,3958,09819Döblinq 24.94475,4003,02320Briqittenau 5.71085,93015,04921Floridsdorf 44.443186,2334,19022Donauştadt 102.299220,7942,15823Lizinq 32.061121,3033,784 Vyana 23 rayondan (bezirke) ibarətdir. Vyanadakı "Magistratische Bezirksämter" kimi adlandırılan inzibati rayon ofisləri digər Avstriya əyalətlərindəkilərlə (bezirkshauptmannschaften kimi adlandırılır) oxşar işləri görürlər. Məmurlar Vyananın icra başçısına bağlıdır. Federal nəzarət altında olan polisin diqqətəlayiq istisnası vardır.
Vyanadakı rayon əhalisi (avstriyalılar, eləcə də burada daimi yaşayan Aİ vətəndaşları) Rayon Məclisi (Bezirksvertretung) seçir. İcra Hakimiyyəti məktəblər və parklar üçün xüsusi büdcələr yaradıb. Beləcə rayonlar prioritetlərini muxtar şəkildə təyin edə bilir. Bir rayonun hər hansı bir qərarı şəhər məclisi (Gemeinderat) və ya məsul şəhər müşaviri (amtsführender Stadtrat) tərəfindən ləğv edilə bilər.
Əhali İllər Əhali 1724 150 000 1754 175 460 1790 200 000 1796 235 098 1800 231 900 1810 224 548 1830 401 200 1840 469 400 1850 551 300 İllər Əhali 1857 683 000 1869 900 998 1880 1 162 591 1890 1 430 213 1900 1 769 137 1910 2 083 630 1916 2 239 000 1923 1 918 720 1934 1 935 881 İllər Əhali 1939 1 770 938 1951 1 616 125 1961 1 627 566 1971 1 619 885 1981 1 531 346 1988 1 506 201 1991 1 539 848 2001 1 550 123 2008 1 680 447
Vyana əyalət parlamentində təmsil olunan partiyalar Partiya 2010 2005 2001 1996 1991 1987 1983 SPÖ Avstriya Sosial-Demokratlar Partiyası 49 55 52 43 52 62 61 ÖVP Avstriya Xalq Partiyası 13 18 16 15 18 30 37 Yaşıllar 11 14 11 7 7 0 0 FPÖ Avstriya Azadlıq Partiyası 27 13 21 (14) 29 23 8 2 BZÖ Avstriyanın Gələcəyi İttifaqı 0 0 -(7) - - - - LİF 0 - 0 6 - - -
Dil → Alman dili
Rəsmi dövlət dili Alman dilidir.
Din Müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.
Katolisizm %49,2 Ateist %25,6 İslam %7,8 Ortodoks %6,0 Protestan %4,7 Yəhudilik %0,5
Təhsil
Universitetlər thumb|Vyana Təsviri İncəsənət Akademiyasının qarşısında Fridrix Şillerin heykəli thumb|Vyana Universiteti thumb|Vyana Baytarlıq Tibb Universiteti
Vyana Təsviri İncəsənət Akademiyası Mərkəzi Avropa Universiteti Vyana Diplomatiya Akademiyası Vyana Tibb Universiteti PEF Özəl Menecment Universiteti Vyana Tətbiqi İncəsənət Universiteti Tətbiqi Elmlər Universiteti Vyana Kampusu Vyana Musiqi və İfa Sənətləri Universiteti Vyana Baytarlıq Tibb Universiteti Vyana Universiteti Vyana İqtisadiyyat və Biznes Universiteti Vyana Təbii Sərvətlər və Həyat Elmləri Universiteti Vyana Tətbiqi Elmlər Texniki Universiteti Vyana Texniki Universiteti Vebster Vyana Özəl Universiteti Siqmund Freyd Özəl Universiteti
Beynəlxalq məktəblər
Vyana Amadeus Beynəlxalq Məktəbi Vyana Amerika Dunay Beynəlxalq Məktəbi Vyana Beynəlxalq Xristian Məktəbi Vyana-Yapon Beynəlxalq Məktəbi Lauder Biznes Məktəbi Vyana-Fransız Liseyi Vyana Səs Mühəndisliyi Məktəbi Vyana Beynəlxalq Məktəbi
Mədəniyyət Vyanada Bethoven, Haydn, Şubert və Brahms kimi sənətkarlar yaşayıb yaradıblar. Ata Ştraus bu şəhəri vals rəqsinin mərkəzinə, Maks Reynhard isə teatr incəsənətini öyrənmək mərkəzinə çevirib. Avstriyanı bütün dünyada məşhurlaşdıran isə, onun Vyana Filarmoniyası və Vyana Dövlət Operası kimi mədəniyyət mərkəzləridir. Burada Qustav Miller və Rixard Ştraus kimi böyük dirijorlar fəaliyyət göstərib.
Beynəlxalq münasibətlər
Beynəlxalq şəhər əməkdaşlıqları Vyana şəhərinin əsas siyasəti digər şəhərlərlə hər hansısa bir qardaşlaşma müqaviləsi imzalamaqdır. Həmçinin Vyananın sadəcə müəyyən əməkdaşlıq sahələri müəyyən etdiyi əməkdaşlıq müqavilələri vardır.
Ankara, Türkiyə Belqrad, Serbiya Bratislava, Slovakiya Brno, Czech Republic Budapeşt, Macarıstan Hamburq, Almaniya Krakov, Polşa Lyublyana, Sloveniya Paris, Fransa Praqa, Çexiya Vankuver, Kanada Zaqreb, Xorvatiya Sürix, İsveçrə
Rayonlararası tərəfdaşlıq Bundan əlavə ayrı-ayrı Vyana rayonlarının bütün dünyada beynəlxalq tərəfdaşlıq əlaqələri var. Ətraflı siyahı Vyana şəhərinin internet saytında dərc olunur.
Şəkillər
İstinadlar
Xarici keçidlər
Vyana
Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər Kateqoriya:Avropa Birliyində NUTS 2 statistika regionları Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Dunay çayı ətrafında yaşayış məntəqələri Kateqoriya:Avstriyadakı ümumdünya irsi Kateqoriya:I əsrdə yaranan yaşayış məntəqələri