Əli ibn Əhməd () — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri.

Həyatı Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir.

Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Həmin vaxt bizanslıların hücumu sarasinlər tərəfindən dəf edilmişdir.

İstinadlar

Ədəbiyyat Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 1082–1086. OCLC 495469525.

Kateqoriya:Krit əmirləri Kateqoriya:X əsr hökmdarları Kateqoriya:X əsr ərəbləri Kateqoriya:X əsr Avropa monarxları