NəqusaАлжир. Справочная карта. Масштаб 1:3 500 000. М., ГУГК, 1980 () — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadı dairənin inzibati mərkəzidir və buradakı yeganə kommunadır.
Coğrafi mövqe Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 540 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 125 metr yüksəkdir.
Ngusa kommunası Uarqla, Əl-Aliyə, Əl-Həcirə, Hassi-Ben-Abdullah və Sidi-Xuiled kommunaları ilə həmsərhəddir. Sahəsi 2907 km2-dir.
İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,7 °C, ən isti ay (iyul) 34,3 °C-dir.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri