İn-Qar () — Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir və oradakı yeganə kommunadır.

Coğrafi mövqe Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1060 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 284 metrdir.İn-Qar kommunasının sahəsi 28,969 km2-dir.

İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 12 mm-dir). Orta illik temperatur 25,6 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 13,7°C, ən isti ayın (iyul) orta temperaturu 36,9°C-dir.

Nəqliyyat 52 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir. Ən yaxın hava limanı İn-Salah şəhərində yerləşir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:Tuareqlər