Nigar Helmi Abbasbəyli () — Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəznində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP). "Miras" qrupunun yaradıcısı və kreativ direktoru.

Həyatı Nigar Helmi Abbasbəyli 21 fevral 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecini, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Şəxsi həyatı Məmməd Abbasbəyli ilə ailəlidir. 3 övladları var. Naxçıvan Milli Şurasının sədri, repressiya qurbanı Mirzə Nəsrulla Əmirovun nəticəsidir.

Karyerası Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub. "Gövhər Ağa məscidi", "Bülbül evinin xarabalıqları", "Pənahəli xan sarayının xarabalıqları" və "Varəzgün məbədi" kimi məşhur əsərlərindən bəziləri“ Assosiasiya des Artistes Contemporains de Turquie à Paris” və "ART EXPO NEW YORK" tərəfindən təşkil olunmuş "Art3f Monaco Beynəlxalq Müasir İncəsənət Sərgisi" kimi bir sıra incəsənət nümayiş və sərgilərinin diqqətini çəkib.

Nigar Helmi öz sənətkarlığını yaradıcı təşəbbüskarlığı ilə birləşdirmək üçün köhnə arzusunu həyata keçirərək orijinal "Miras" brendini yaratmışdır.

Sərgiləri 2021 / 29 iyun – 05 iyul – “Vətənin irsi” fərdi sərgisi, Bakı, Azərbaycan 2021 / 27–29 avqust – Salon International d'art Contemporain Art3f, Monako 2021 / 22–24 oktyabr – Carrousel du Luvr, Paris 2022 / 12–22 may – “Qarabağın Mirasi” fərdi sərgisi, Atatürk Mədəniyyət Mərkəzi, İstanbul 2023 / 14–19 mart – Qadın Rayihəsi (Müasir İncəsənət Muzeyi) 2023 / 29 mart – 2 aprel – New York Art Expo 2023 / 19–22 aprel – KARABAĞ MİRASI (CSO Ada Ankara) 2023 / 24 iyun – 3 iyul – Müasir İncəsənət Sərgisi, Venesiya, İtaliya 2023 / 24–26 noyabr – Brüssel incəsənət sərgisi, Brüssel, Belçika 2024 / 14–30 yanvar – “White Noise” qrup sərgisi, Monat qalereyası, Madrid, İspaniya 2024 / 17–22 aprel – “Interconnecting Lines” Artio Gallery / beynəlxalq qrup sərgisi, Nyu-York, ABŞ 2024 / 28–30 iyun – “Beyond Borders” Artio Gallery / Barselona, İspaniya 2024 / 26 – 29 sentyabr – Women in Art Biennale, Artio Gallery, London, Böyük Britaniya 2024 / 14 noyabr – MAMA “Ana Təbiət” COP29 çərçivəsində beynəlxalq incəsənət layihəsi, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan 2024 / 22 noyabr – “Garabagh Heritage” fərdi sərgi, Lefkoşa, Şimali Kipr 2025 – MAMA “Ana təbiət” Beynəlxalq incəsənət layihəsi, Bəhreyn İncəsənət Mərkəzi, Manama, Bəhreyn; MAXXI Roma, Roma, İtaliya; Somerset House, London, Böyük Britaniya; Zurab Tsereteli Müasir İncəsənət Muzeyi, Tbilisi, Gürcüstan; Berlin Azərbaycan Mədəniyyət Mərkəzi, Berlin, Almaniya. 2025 / Dekabr – “Qarabağ Mirası” fərdi sərgi, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan.

Məşhur əsərləri Rəssam hazırda Monat qalereyası (İspaniya) və Artio qalereyası (Kanada) ilə təmsil olunur. Onun tanınmış əsərlərindən bəziləri aşağıdakılardır: "Gövhər Ağa məscidi” “Bülbül evinin xarabalıqları” “Pənəli xan sarayının xarabalıqları” “Varəzgün məbədi”

Həmçinin bax Azərbaycan Rəssamlar İttifaqı

İstinadlar

Xarici keçidlər Nigar Helmi — rəsmi saytı

Instagram hesabı

Ressam Nigar Helmi Abbasbayli'nin "Karabağ'ın Mirası" sergisi AKM'de açıldı

Miras Markasını Dünyaya Tanıtmak En Büyük Hayalim ve Hedefim

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Təsviri incəsənət Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanın qadın incəsənət xadimləri