Qarakeçid qətliamı — 8 noyabr 1984-cü ildə PKK silahlılarının Türkiyədə, Siirtin Eruh rayonunda (sonradan Şırnaka birləşdirilmişdir) Qarakeçid kəndinə () hücumu. Hadisə və qətliam nəticəsində 9 mülki vətəndaş öldürülmüşdür, PKK-nın ilk kütləvi mülki hücumu olduğunu iddia edilir. Bu hadisə PKK-nın eyni kəndə həyata keçirdiyi üç hücumdan ikincisidir.

Hadisə Dövrün MDP-dən olan, Hatayı təmsil edən millət vəkili Murad Sökmənoğlunun şifahi sualına daxili işlər naziri İldırım Ağbulud cavabında PKK-nın ilk dəfə 22 sentyabr 1984-cü ildə Qarakeçid kəndinə hücum etdiyini və bu hücum nəticəsində bir kənd mühafizəçisinin yaralandığını bildirmişdi. İkinci hücumun 8 noyabr 1984-cü ildə saat 19:30 radələrində başladığı bildirilmişdir. İldırım Ağbuludun sözlərinə görə, kənd qoruyucusu və muxtarın evlərinə atılan raketlər nəticəsində can itkisi baş vermişdir. Hücum nəticəsində dördü Can və Sevim ailəsinin üzvü olmaqla doqquz mülki şəxs həlak olmuşdur. Həlak olan mülki şəxslərin adları belədir: Asiyə Can, Leyla Şahin, Aynur Sevim, Lütfiyə Sevim, Ayşə Can, Vəli Can, Bahar Sevim, Bədrəddin Sevim və Zeynəb Can.

Nəticə Hücumda iştirak edən bir PKK silahlısının münaqişə zamanı və ya ondan sonra öldürüldüyü iddia edilmişdir. 4 dekabr 1984-cü ildə 7-ci Ordu Korpusu və hərbi vəziyyət komandiri general-leytenant Qaya Yazqan, onu müşayiət edən Diyarbəkir valisi Ehsan Dədə və Siirt valisi Rəcəb Birsin Özənlə birlikdə 40 ev və 200 nəfərlik kəndi ziyarət etmişdir. Bu zaman kənd sakinlərinə ərzaq, geyim və dəftərxana ləvazimatları, həmçinin 7 ədəd uzun lüləli "Kalaşnikov" avtomatı və patronları da təhvil verilmişdir.

9 may 1985-ci ildə Diyarbəkir Hərbi Məhkəməsində 7-ci Ordu Korpusu və hərbi vəziyyət komandanlığının o günə qədər həbsdə olan 19 şəxsin işi üzrə keçirilən ilk iclasda hərbi prokuror müəyyən şəxsləri Qarakeçid kəndində 9 qadın və uşağın qətlində ittiham edilmişdir. 9 may 1985-ci ildə yeddi şübhəlinin edamı, bu hadisədə əsas şübhəli olan Mustafa Çimən üçün isə altı dəfə edam tələbi irəli sürülmüşdür. Qətliamda iştirak edən qüvvələrin rəhbəri olduğu iddia edilən Mustafa Çimən 19 dekabr 1984-cü ildə tutulmuşdur. Dindirildiyi vaxt qüvvələrin başçısı olduğunu qəbul etmişdir, peşman olduğunu əlavə etmişdir. Mustafa Çimən ilk dəfə tətbiq edilən Peşmanlıq qanunu və Cəmiyyətə reinteqrasiya qanunundan faydalanmaq üçün məhkəməyə müraciət etmişdir. Bu ərizə məhkəmə tərəfindən qəbul edilmiş və təqsirkar bilinən şəxs 24 il ağır həbs cəzasına məhkum edilmişdir. Mahsum Qorxmazın siyasi və hərbi köməkçisi olduğu bildirilən Mustafa Çimən 1990-cı ildə azad edilmiş və həmin il PKK silahlıları tərəfindən öldürülmüşdür.

PKK üçüncü və sonuncu dəfə 18 sentyabr 1987-ci ildə Qarakeçid kəndinə hücum etmişdir. Hadisə zamanı həlak olanların adı Əli Bəxşi (55), Bahar Bəxşi (30), Yusif İldırım (45), Zeynəb Şahin (27), Ömər Timur (22) və Əli Gök (?) olan 6 kürd əsilli Türkiyə vətəndaşı öldürülmüşdür.

1992-ci ildə qədim mağara kəndi olduğu qeyd edilən Qarakeçid kəndi boşaldılmış və 2021-ci ilə kimi kənddə daimi əhali yoxdur.

İstinadlar

Kateqoriya:Türkiyədə qətliamlar Kateqoriya:Kürdüstan Fəhlə Partiyası tərəfindən həyata keçirilən hücumlar Kateqoriya:Siirt ili Kateqoriya:Şırnak ili Kateqoriya:1984-cü ildəki hadisələr