Cenevrə Konfransı — 26 aprel 1954-cü ildən 21 iyula qədər SSRİ, Çin, Birləşmiş Krallıq, ABŞ və Fransa xarici işlər nazirlərinin, həmçinin Çin, Şimali Vyetnam, Kamboca, Laos və Cənubi Vyetnamın nümayəndələrinin iştirak etdiyi konfrans.

Konfransda Koreya və Hind-Çin məsələlərinə toxunulmuşdur. Koreyanın birləşməsi məsələsi ilə bağlı müzakirələr nəticəsiz başa çatmışdır. Konfransın ikinci yarısı Hind-Çininin taleyinə həsr olunmuşdur. Onun gedişinə konfrans zamanı baş verən Dyenbyenfuda Fransa ekspedisiya qüvvələrinin məğlubiyyəti böyük təsir göstərmişdir. Odur ki, digər tərəfdən, Cenevrə Konfransı Dyenbyenfuda gedən döyüşlərin gedişatına da təsir etmişdir. Konfransa hazırlıqla bağlı məlumatlar Fransa qarnizonunun mənəviyyatına mənfi təsir göstərmiş və Tay batalyonunda kütləvi şəkildə fərariliyə səbəb olmuşdur. 21 iyulda Fransanın Hind-Çindəki müstəmləkə müharibəsinə son qoyan və regionda keçmiş Fransa müstəmləkələrinin taleyini müəyyən edən sazişlər bağlanmışdır.

1955-ci ilin oktyabrında Vyetnam Respublikasının cənubunda Vyetnam Respublikasının elan edilməsi və bu ölkənin prezidenti Nqo Dinh Zyemin azad seçkilər keçirməkdən imtina etməsi Cenevrə razılaşmalarının həyata keçirilməsini pozmuşdur. Beynəlxalq Nəzarət Komissiyası öz funksiyalarını yerinə yetirə bilməmiş və faktiki olaraq fəaliyyət göstərməmişdir. İkinci Hind-Çin müharibəsi zamanı 1954-cü il müqaviləsi ABŞ və Şimali Vyetnam tərəfindən daim pozulmuşdur.

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat Asselin, Pierre. «The Democratic Republic of Vietnam and the 1954 Geneva Conference: a revisionist critique.» Cold War History (2011) 11#2 pp: 155—195. Hannon Jr, John S. «Political Settlement for Vietnam: The 1954 Geneva Conference and Its Current Implications, A.» Virginia Journal of International Law 8 (1967): 4.

Waite, James. The End of the First Indochina War: A Global History (2013) Young, Kenneth T. The 1954 Geneva Conference: Indo-China and Korea (Greenwood Press, 1968)

Xarici keçidlər

Woodrow Wilson International Center for Scholars — Cold War International History Project — The 1954 Geneva Conference July 13, 2011 Indochina — History links for French involvement in Indochina, casahistoria.net) Vietnam — History links for US involvement in Indochina, casahistoria.net) Bibliography: Dien Bien Phu and the Geneva Conference) Foreign Relations of the United States, 1952—1954, volume XVI, The Geneva Conference. Available through the Foreign Relations of the United States online collection at the University of Wisconsin)

Kateqoriya:Cənubi Vyetnam Kateqoriya:Şimali Vyetnam Kateqoriya:Koreya müharibəsi Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Çinin müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Vyetnamın müqavilələri Kateqoriya:1954-cü ildə İsveçrə Kateqoriya:Birinci Hind-Çin müharibəsi Kateqoriya:1954-cü ildə Vyetnam Kateqoriya:Vyetnam müstəqillik hərəkatı Kateqoriya:Müstəmləkəçilik