Zün-Nun Əbu Faid Səvban ibn İbrahim əl-Misri (; ) — misirli sufi alimi.

Həyatı Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zün-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbəsi onun əslən Misirdən olduğunu bildirir.

Zün-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Qeydlər

Xarici keçidlər Зу-н-Нун ал-Мисри // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — ISBN 9965-9746-3-2. (CC BY-SA 3.0)

Kateqoriya:Sufilər Kateqoriya:Ravilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Sünnilik Kateqoriya:IX əsr Misir şəxsləri