The Car – ingilis rok qrupu Arctic Monkeys-in 21 oktyabr 2022-ci ildə Domino Recording Company tərəfindən buraxılmış yeddinci studiya albomu. Albomu qrupun solisti Aleks Törner Los-Anceles və Parisdəki evində yazıb. Prodüserliyini qrupla tez-tez əməkdaşlıq edən Ceyms Ford, həmçinin qonaq musiqiçilər Tom Rouli, Lauren Humphrey və Tayler Parkford etmişdir. Aranjeman Bridget Samuels və Törner tərəfindən edilmişdir. Boş dayanacaqda ağ rəngli avtomobili əks etdirən albomun qapağındakı şəkli təbilçi Mett Helders çəkib.

Arxa plan 2022-ci ilin may ayında, Mett Helders qaldıqları yerdən (Tranquility Base Hotel & Casino) davam edəcəklərini bildirdi və yeni albomdakı mahnıların "R U Mine?" kimi olmayacağını açıqladı.

Tanıtım Albomdan olan mahnı "Ain't Quite Where I Think I Am" 23 avqust 2022-ci ildə Zürich Openair festivalında ilk dəfə ifa olundu, ertəsi gün 24 avqust isə albomun adının "The Car" olduğu və 21 oktyabrda buraxılacağı elan edildi. Albomun əsas sinqlı "There'd Better Be A Mirrorball" 30 avqustda musiqi videosu ilə birlikdə buraxıldı.Albomun "Body Paint" və "Mr Schwartz" mahnıları ilk dəfə 22 sentyabrda qrupun Kings Theatre-da baş tutan konsertləri zamanı ifa olunub. Onların 29 sentyabrda Cimmi Fallonun televiziya şousunda "Body Paint" mahnısını yenidən ifa etmələri gözlənir.

Albom şəkli Qrupun baraban ifaçısı Mett Helders tərəfindən Los Ancelesdə Leica M6 kamerasından istifadə edilərək çəkilən fotoda avtoparkın üst mərtəbəsində tək dayanmış Corolla E90 markalı ağ avtomobil görünür.

Mahnı siyahısı Qeyd edilənlər istisna olmaqla bütün mahnılar Aleks Törner tərəfindən yazılmışdır. Musiqilər Arctic Monkeys tərəfindən bəstələnmişdir.

İstinadlar

Kateqoriya:2022-ci ilin musiqi albomları