thumb Pornoqrafik film — pornoqrafik xarakterli materiallar daşıyan film. Bu filmlərdə erotik filmlərə nisbətən daha açıq porno xarakterli materiallar göstərilir.
Tarixi 1855-ci ildə ilk porno şəkillər çıxmağa başladı. Lümyer qardaşlarının 1895-ci ildə kino aparat ixtira etdikdən sonra ilk filmlər çəkilməyə başlandı. Belə filmlərdən biri də janr etibarilə pornoqrafik xarakterli materiallar daşıyan pornoqrafik filmlər idi. İlk qısa metrajlı pornoqrafik film 1896-cı ildə noyabr ayında Ejen Piru tərəfindən Fransada çəkilmişdir.Ramsaye, Terry (1926), A Million and One Nights: A History of the Motion Picture Through 1926, Simon and Schuster Essandess paperback reprint, 1964. Location at Broadway and Thirty-Fourth: p. 117; 20-foot screen and gilded frame, p. 232 1900-cü illərdən başlayaraq bir çox ölkələrdə bu janrda filmlər çəkilməyə başlandı.Produced by James A. White and shot by William Heise for the Edison Manufacturing Co. in 1896. Bu ölkələrə Fransa, Argentina, Almaniya, İtaliya, Danimarka, Avstriya, İsveç, Böyük Britaniya, ABŞ, Çexiya kimi ölkələr daxil idi. 1959-cu ildə Yaponiya tərəfindən ilk pornoqrafik qısametrajlı cizgi filmi çəkilir. 1970-ci illərdən başlayaraq peşəkar pornoqrafik filmlər çəkilməyə başlandı. 2000-ci illərdən başlayaraq dünyanın bir çox ölkələrində bu janrda çəkilən filmlər istehsal edilir.
İstinadlar
Kateqoriya:Pornoqrafik filmlər