Aksel Şpringer (; ) — Almaniya jurnalisti. O, "Axel Springer AG" şirkətinin yaradıcısı və sahibidir.
Həyatı Aksel Şpringer 2 may 1912-ci ildə Almaniyanın Hamburq şəhərində, naşir Henrix Şpringerin ailəsində anadan olmuşdur. O, karyerasına 1947-ci ildə Hamburqda "Axel Springer GmbH" şirkətinin yaradılması ilə başlamışdır. Bu şirkətin damı altında "Hamburger Abendblatt" qəzeti fəaliyyət göstərirdi, daha sonra "Springer" televiziya və radio proqramları üçün məşhur jurnal olan "Hör zu" kimi yeni jurnalların nəşrinə başlamaqla fəaliyyəti genişləndirilmişdir. 1952-ci ildə Şpringer öz fəaliyyət siyahısına tezliklə 1 milyondan çox tirajla gündəlik nüfuzlu kütləyə çevrilən "Bild" tabloidinin nəşrini əlavə etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Стржижовский Л. Ф. Стреляет пресса Шпрингера. — М.: Политиздат, 1978. — 80 с. — (Владыки капиталистического мира). Стржижовский Л. Ф. Под невидимым прицелом. — М.: Политиздат, 1984. — 212 с. — (Империализм: события, факты, документы).
Xarici keçidlər
Axel Springer und seine Feinde Kateqoriya:Almaniya jurnalistləri Kateqoriya:Mediamaqnatlar