Kapreze salatı ( və ya sadəcə kapreze) — dilimlənmiş təzə mozzarella, pomidor və şirin reyhandan hazırlanmış, duz və zeytun yağı ilə ədavanlandırılmış sadə İtalyan salatı.
Restoranlarda adətən boşqaba düzülür.The Joy of Cooking (75th Anniversary Edition) p. 169"Nigel Slater's classic insalata caprese recipe" , The Observer, Sunday 18 July 2010. Pizza Marqarita kimi, İtaliya bayrağının rənglərini: yaşıl, ağ və qırmızı rəngi özündə birləşdirir. İtaliyada adətən kontorno (qarnir) deyil, antipasto (başlanğıc) kimi verilir və günün istənilən vaxtında yeyilə bilər. Kapreze salatı kapreze yeməyinin bir formasıdır; o, həmçinin kapreze pizza, makaron və ya sendviç kimi də verilə bilər.
Salatın adı İtaliyanın Kapri adasının şərəfinə qoyulub. Onun adının mənşəyi ilə bağlı iki ümumi hekayə vardır. Onun İtaliya bayrağına bir hörmətlə və ya "XX əsrdə kral ailəsinin və önəmli siyasətçilərinin tətil zamanı yemək zövqlərinin dəyişik olması ilə" bağlı olduğu güman edilir.
Növləri Kapreze salatının növləri sırasına zeytun yağı əvəzinə italyan sousu, pesto və ya əlavə olaraq balzam sirkəsi işlədilən növləri də daxildir. Zeytun, reyhandan əlavə roka və ya kahı ilə dadlandırıb, bəzədilən növləri də vardır. Bəzən qara yarpız və ya qara istiot da əlavə edilir. Daha da dadlandırmaq üçün mozzarellanı camış südündən alınmış mozzarella ilə də əvəz etmək olur. Makaron və ya düyü əlavə etməklə o, taxıl salatına çevrilmiş olur.
İstinadlar
Kateqoriya:Aralıq dənizi mətbəxi Kateqoriya:Salatlar Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:İtaliya mətbəxi Kateqoriya:Pendir xörəkləri Kateqoriya:İtaliya salatları