Rut Benedikt (; ) – ABŞ antropoloqu, folklorşünası və şairəsi.
Həyatı Rut Benedikt 1909-cu ildə Vassar kollecindən məzun olduqdan sonra 1914-cü ildə evlənmiş və Nyu-York şəhərinə köçmüşdür. 1919-cu ildə Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə antropoloqlar Aleksandr Qoldenveyzer və Elsi Klüs Parsonsun tələbəsi olmuşdur. 1921-ci ildə Kolumbiya Universitetinə daxil olaraq Frans Boasdan dərslər almış, 1923-cü ildə fəlsəfə doktoru dərəcəsi almışdır.
O, dilçi Eduard Sepir və Marqaret Middən təsirlənmişdir. 1920-ci illərdə Anna Sinqlton adı ilə şeirlər yazmışdır. Kolumbiya Universitetində Boasla işləmiş, 1923-cü ildə mühazirəçi, 1948-ci ildə professor olmuşdur. O, 1930 və 1940-ci illərdə Nyu-York şəhərini antropologiya tədqiqatlarının mərkəzinə çevirmişdir.
Benedikt Amerika hinduları arasında bir sıra sahə tədqiqatları aparmışdır. Xüsusilə, ABŞ-nin cənub-qərbində zunilərin fərdi şəxsiyyəti ilə mədəniyyəti arasındakı əlaqəni öyrənmişdir. İkinci dünya müharibəsindən sonra Kolumbiya Universitetində Müasir Mədəniyyətlərdə Tədqiqat adlı layihəni idarə etmişdir.
Əsərləri "Patterns of Culture" (1934, "Mədəniyyətin qəlibləri") "The Chrysanthemum and the Sword: Patterns of Japanese Culture" (1946, "Xrizantema və qılınc: Yapon mədəniyyətinin qəlibləri")
İstinadlar
Ədəbiyyat
Kateqoriya:ABŞ yaponşünasları Kateqoriya:ABŞ antropoloqları Kateqoriya:ABŞ-də LGBT şəxslər Kateqoriya:ABŞ şairləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri