Sion Moreno (; ) — Amerikalı aktrisa və model. Netflix serialı "Control Z" və HBO Max-ın 2021-ci ildə yenidən çəkilən "Gossip Girl" serialındakı rolu ilə tanınır. O, həmçinin Melani Martinesin yazıb rejissorluq etdiyi K–12 filmində Fleur obrazını canlandırıb.

Həyatı Moreno Texas ştatının El-Paso şəhərində meksikalı ailədə anadan olub. Anası Çihuahuadan, atası isə Monterreydəndir. Nyu-Meksiko ştatının Albukerke şəhərində böyüyüb və evdə ispanca danışmışdır.

Moreno trans qadındır və 13 yaşında ikən cinsiyyətini dəyişməyə başlayıb. O, məktəbdə oxuyarkən həmyaşıdlarının qısnaması ilə üzləşib.

Karyerası Moreno modellik karyerasını davam etdirmək üçün 19 yaşında Nyu-Yorka köçdü. O, Wilhelmina, Elite və Slay rəhbərliyi tərəfindən kəşf edildi.

2017-ci ildə Kannda keçirilən MIPCOM-da Diversify TV Awards mükafatının təqdimatını etdi.

Moreno 2019-cu ildə müğənni Melani Martines tərəfindən çəkilmiş K–12 filmində Fleur rolu ilə ilk aktrisalıq debütünü etdi. 2020-ci ildə o, Meksika istehsalı Netflix yeniyetmə serialı "Control Z"də Isabela de la Fuente rolunu oynamağa başladı. 2020-ci ilin martında onun yenidən başlayacaq HBO Max serialı "Gossip Girl"də Luna La rolunda çəkiləcəyi məlum oldu.

Filmoqrafiya İlAdıRolQeyd2019K–12FleurƏsas rol2020Control ZIsabela de la FuenteƏsas personaj, 8 epizod (Birinci mövsüm)2021–2023Gossip GirlLuna LaƏsas personaj2021–2022ClawsSelena4 epizod

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları