Qəddar (hind dilində orijinal adı: Ek Villain) — sevgi və qisas haqqında çəkilmiş hind filmidir. Film 27 iyun 2014-cü ildə Hindistan, Pakistan və ABŞ-də nümayiş olunmuşdur.

Süjet xətti

Hindistanın Qoa şəhərində yaşayan Quru Prahlad adlı siyasətçinin yanında işləyərək ömür sürür. Sakit bir yeniyetmə olan Quru əslində keçmişindən qaçmağa çalışır. Lakin Aişə ilə tanış olduqdan sonra onun həyatı dəyişir. Aişə ilə evlənmək istəyən Quru onunla birlikdə Mumbaya köçür. Amma bir gün Aişə seriyalı qatil tərəfindən öldürülür. Bundan olduqca kədərlənən Quru sevgilisinin qisasını almaq üçün qatili təqib etməyə başlayır.

Personajlar

Quru (Guru) (Sidhart Malhotra): O, çox gülümsəməyən, qaranlıqlarda ilişib qalan biridir. Aişə (Aisha) (Şraddha Kapur): O xərçəngdir. Buna görə də o, ömrünün sonuna qədər arzularını yerinə yetirmək istəyir. Rakesh Mahadkar (Riteish Desmukh): Onun psixoloji problemləri mövcuddur. Aişəni öldürən seriyalı qatildir. Aditya (Şaad Randhava): Polis məmurudur. Sulo (Aamna Sharif): Rakesh Mahadkarın həyat yoldaşıdır. Rakesh bütün cinayətlərini yoldaşına xoş gəlsin deyə edir.

Mükafatlar

Hindistan Beynəlxalq Film Akademiyasının Ən yaxşı ikinci plan aktyoru üçün mükafatı

Mahnılar # Ad İfa edən Müddət (dəqiqə) 1 Galliyan Ankit Tiwari 5:412 Banjaara Mohammed Irfan 5:373 Zaroorat Mustafa Zahid 6:094 Awari Nomina Mustehsan, Adnan Dhool 5:205 Humbard Arijit Singh 4:206 Galliyan (unplugged) Shraddha Kapoor, Ankit Tiwari 4:14

İstinadlar

Kateqoriya:Stalkinq haqqında filmlər