Azərbaycan — 2024-cü ildə Fransanın Paris şəhərində 28 avqust-8 sentyabr tarixlərində baş tutan XVII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə ilk dəfə 7 idman növündə (parataekvondo, paraatletika, paracüdo, parakamandan oxatma, paragüllə atıcılığı, paraüzgüçülük, parapauerliftinq) təmsil olunub.
Açılış mərasimində bayraqdarlar paraatlet Lamiyə Vəliyeva və parataekvondoçu İmaməddin Xəlilov, bağlanış mərasimində isə paraatletlər Lamiyə Vəliyeva ilə Səid Nəcəfzadə olub.
XVII Yay Paralimpiya Oyunları "İctimai TV" vasitəsilə ölkə teleməkanında ilk dəfə canlı yayımlanıb.
Medalçıların siyahısı Azərbaycan Milli Paralimpiya Komandası XVII Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Milli komandanın heyətində paraatletlər Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov və parataekvondoçu İmaməddin Xəlilov qızıl medal qazanıblar.
Gümüş medalları paraüzgüçü Raman Salei (S12, 100 metr məsafəyə arxası üstə) və paraatlet Lamiyə Vəliyeva (T13, 400 metr qaçış) qazanıblar.
Bürünc medalları parataekvondoçu Sabir Zeynalov (K44, 58 kq), paraüzgüçü Raman Salei (S12, 100 metr məsafəyə sərbəst), (S12, 100 metr məsafəyə kəpənək), paraüzgüçü Vəli İsrafilov (SB13, 100 metr məsafəyə brass (qurbağa) və paracüdoçu lham Zəkiyev (J1, +90 kq) qazanıblar.
Paraatlet Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda qızıl medal qazanmaqla yanaşı, yeni dünya rekordu (11.76 saniyə) müəyyənləşdirib.
Sabir Zeynalov parataekvondo idman növündə ölkəmizə ilk Paralimpiya medalını, İmaməddin Xəlilov isə parataekvondo üzrə Paralimpiya çempionu olan ilk azərbaycanlı paralimpiyaçı kimi tarixə düşüb. Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 parataekvondoçu ilə təmsil olunan kişilərdən ibarət milli komandamız 1 qızıl və 1 bürünc medal ilə yekun sıralamada 52 ölkə arasında ikinci pilləni tutub.
Paratletika üzrə milli komandamız 3 qızıl və 1 gümüş medal qazanaraq paraatletika yarışlarında çıxış edən 151 ölkə arasında yekun sıralamada 19-cu olub.
Milli Paralimpiya komandamız ümumi medal sıralamasında 169 ölkə arasında 28-ci pillədə qərarlaşıb. Milli komandamız Qafqaz ölkələri arasında 1-ci, türkdilli ölkələr arasında 3-cü, postsovet ölkələri arasında 3-cü və müsəlman ölkələri arasında 6-cı olub.
MedalMedalçıİdman növüYarışTarix25x25pxİmaməddin XəlilovTaekvondoKişilər, −70 Kq.30 avqust25x25pxSəid NəcəfzadəYüngül atletikaKişilər, uzunluğa tullanma, T122 sentyabr25x25pxLamiyə VəliyevaYüngül atletikaQadınlar, qaçış, 100 metr, T133 sentyabr25x25pxOrxan AslanovYüngül atletikaKişilər, uzunluğa tullanma, T137 sentyabr25x25pxRoman SalehÜzgüçülükKişilər, 100 metr, arxasıüstə, S1231 avqust25x25pxLamiyə VəliyevaYüngül atletikaQadınlar, qaçış, 400 metr, T137 sentyabr25x25pxSabir ZeynalovTaekvondoKişilər, -58 Kq.29 avqust25x25pxRoman SalehÜzgüçülükKişilər, 100 metr, sərbəst, S124 sentyabr25x25pxVəli İsrafilovÜzgüçülükKişilər, 100 metr, brass, SB135 sentyabr25x25pxİlham ZəkiyevCüdoKişilər, J1, +90 kq7 sentyabr25x25pxRoman SalehÜzgüçülükKişilər, 100 metr, kəpənək, S127 sentyabr
İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Yüngül atletika3102.Taekvondo1013.Üzgüçülük0134.Cüdo001
İdmançılar üzrə medal sıralanması #İdmançı18x18px18x18px18x18px1.Lamiyə Vəliyeva1102.Roman Saleh012
Nəticələri Atıcılıq
Q — növbəti mərhələyə adladı
Paris Paralimpiadasında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Kamran Zeynalovun təmsil eləməsi nəzərdə tutulub. Kamran Zeynalov 2023-cü ilin sentyabrında Peruda baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.
İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerKişilərKamran Zeynalov50 m., tapança, SH1
Üzgüçülük
Q — növbəti mərhələyə adladı
Paris Paralimpiadasında üzgüçülərin idman növü üzrə turnirlər 28 avqust-7 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Roman Saleh və Vəli İsrafilovun təmsil eləməsi nəzərdə tutulub. Roman Saleh və Vəli İsrafilov 2023-cü ilin avqustunda İngiltərədə baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.
İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerKişilərRoman Saleh100 m., sərbəst100 m., arxası üstəVəli İsrafilov100 m., brassKişilərKönül Süleymanova
Taekvondo
Qəl. — qalib gəldi Məğ. — məğlub oldu
Paris Paralimpiadasında bu idman növü üzrə turnirlər 7-10 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Sabir Zeynalov, İmaməddin Xəlilov və Əbülfəz Abuzərli təmsil eləməsi nəzərdə tutulub. Sabir Zeynalov, İmaməddin Xəlilov və Əbülfəz Abuzərli 2024-cü ilin yanvarında WPTF reytinq cədvəlinin nəticələrinə əsasən lisenziyalara sahib oldu.
İdmançıYarış1/8 final1/4 final1/2 finalTəsəlliverici qrupFinal / Yer1-ci görüş2-ci görüşKişilərSabir Zeynalov -58 Kq.İmaməddin Xəlilov -70 Kq.Əbülfəz Abuzərli -80 Kq.
Yüngül atletika
Q — növbəti mərhələyə adladı
Paris Paralimpiadasında yüngül atletlərin idman növü üzrə turnirlər 30 avqust-8 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Səid Nəcəfzadə, Oloxan Musayev, Orxan Aslanov və Lamiyə Vəliyevanın təmsil eləməsi nəzərdə tutulub.
Oloxan Musayev, Lamiyə Vəliyeva, Səid Nəcəfzadə və Orxan Aslanov 2023-cü ilin iyulunda Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.
İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerKişilərSəid NəcəfzadəUzunluğa tullanma, T12N/AOrxan AslanovUzunluğa tullanma, T13N/AOloxan MusayevNüvə itələmə, F55N/AQadınlarLamiyə Vəliyeva100 m., T13400 m., T13
Həmçinin bax Azərbaycan 2024 Yay Olimpiya Oyunlarında
İstinadlar
Kateqoriya:Azərbaycan Paralimpiya Oyunlarında Kateqoriya:2024-cü ildə Azərbaycanda idman