Dördçinar — Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Köndələnçayın sahilində, düzənlikdədir. Kənd əvvəllər dörd uca cinar ağacı olan ərazidə salındığı üçün belə adlandırılmışdır. 1917-ci ildə rayonunun ərazisində Dördçinar Quzey və Dördçinar Üngütlü adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax Füzuli rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri