20 yanvar metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. "İnşaatçılar" və "Memar Əcəmi" stansiyaları arasında yerləşir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş qanlı hadisənin şərəfinə adlandırılıb. Əvvəllər stansiya "11-ci Qızıl Ordu Meydanı" adlanırdı. Stansiyaya daxil olan qatarlarda Bayatı-Şirazdan fraqment səslənir.
Stansiya 1985-ci il dekabrın 31-də "Elmlər Akademiyası" — "Memar Əcəmi" 9 kilometrlik buraxıcı hissəsinin tərkibində açılıb. Stansiyanın tərtibatı əsasən 20 Yanvar hadisələrinə həsr olunub.
Yeraltı keçidlər şəhərin Tbilisi prospektinə çıxır.
Həmçinin bax 20 Yanvar abidə-kompleksi Bakı metrosunda partlayışlar Bakı Metropoliteni
İstinadlar
Xarici keçidlər
Bakı Metropolitenin rəsmi saytı metro.gov.az
Kateqoriya:Bakı metropoliteninin stansiyaları Kateqoriya:1985-ci ildə Azərbaycanda yarananlar