Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film.
Mövzu İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Mükafatlar 5-ci Antakya Beynəlxalq Film Festivalı – Ən yaxşı aktyor Hikmət Rəhimov (2017, Antakya/Türkiyə)