– Yaponiya internoloqu. Yaponiyada neyrodaxili tibbin qurucusudur.
Həyatı Miura Kinnosuke 1864-cü ildə Yaponiyanın Mutsu əyalətində doğulmuşdur. 1887-ci ildə Tokio Universitetindən məzun olmuş, 2 il Tokioda alman internoloq Ervin Belzdən dərslər almışdır. 1889-cu ildə Şahzadə Arisuqavanın şəxsi həkimi kimi Avropaya səyahət etmək şansı qazanmışdır. 1889–90-cı illərdə Parisdə yaşamışdır. Şahzadə Arisuqava ilə işi bitdikdən sonra 1891–1892-ci illərdə Parisdə yerləşən Salpetrier xəstəxanasında Jan-Martin Şarkonun klinikasında işləmiş və onun tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur.
Miura Honşunun şimal-qərbində yayılmış Jerlye xəstəliyi və Ascaris ovis adlı bağırsaq paraziti növü haqqında araşdırmalar aparmışdır. O, Yaponiya Daxili Tibb Cəmiyyətinin və Yaponiya Neyrologiya Cəmiyyətinin yaradılmasında vacib rol oynamışdır. O, həmçinin Fransa ilə Yaponiya arasında tibb mübadilələrinin aparılmasında iştirak etmişdir. 1929-cu ildə Tokio Qardaşlıq Memorial Xəstəxanasının birinci direktoru təyin olunmuşdur. 1949-cu ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya internoloqları