Gündüz Arif oğlu İsmayılov – Azərbaycanı təmsil edən pauerliftinqçi.

Karyerası Gündüz İsmayılov 1996-cı ildə Atlanta Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 170 kiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.

Daha sonra Gündüz İsmayılov 2000-ci il Sidney Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 240 kiloqramlıq nəticə göstərən Gündüz İsayılov və Sidney Paralimpiadasının qızıl medalına sahib oldu. Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyası Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğu məlum oldu və onun nəticələri ləğv olundu. Gündüz İsmayılov həm də 2004-cü ildə baş tutacaq Paralimpiya Oyunlarında mübarizə aparmaqdan da məhrum edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Gündüz Arif oğlu İsmayılov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.

İstinadlar

Kateqoriya:Azərbaycanın paralimpiya pauerliftinqçiləri Kateqoriya:1996 Yay Paralimpiya Oyunlarında pauerliftinqçilər Kateqoriya:2000 Yay Paralimpiya Oyunlarında pauerliftinqçilər