Sumqayıt Dövlət Universiteti və ya qısaca SDU — Azərbaycanın Sumqayıt şəhərində yerləşən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Tarixi Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır.

AMİ Sumqayıt filialı Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır.

Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır.

Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir."Mingəçevir Dövlət Universitetinin yaradılması barədə" Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı. 24.07.2015, president.az Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.Müəllimlər İnstitutunun ləğv olunan filialı Sumqayıt Dövlət Universitetinə birləşdirildi . apa.tv

Fakültələri Universitetdə 7 fakültə mövcuddur: İqtisadiyyat və idarəetmə; Fizika və elektroenergetika; Tarix və coğrafiya; Filologiya; Mühəndislik; Riyaziyyat; Kimya və biologiya.

Maddi-texniki bazası SDU-nun 3 tədris korpusu, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, idman kompleksi və yeməkxanası vardır.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının təhsil nazirinin sərəncamına əsasən bundan sonra bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.

Tələbə yataqxanası Sumqayıt Dövlət Universitetinin arxasında – şəhərin 44-cü məhəlləsindəki Ağa Quliyev küçəsində universitetin tələbə yataqxanası yerləşir. Amma Qarabağ müharibəsi səbəbindən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşdığı üçün tələbə yaşamır.

Lakin 2026-cı ildə Sumqayıt Dövlət Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib və yeni tədris ili üçün tam hazır vəziyyətdədir. Yataqxanada 124 qız və 124 oğlan tələbə üçün olmaqla, ümumilikdə 248 çarpayılıq yaşayış yeri mövcuddur. Bununla yanaşı, I mərtəbədə yerləşən 4 qonaq otağında 8 çarpayı, eləcə də qonaq tələbələr üçün nəzərdə tutulmuş 3 otaqda 9 çarpayı istifadəyə hazırdır.

Tələbələr 3 və 4 nəfərlik tam təmirli, müasir standartlara cavab verən otaqlarda yerləşdirilir. Yataqxananın II və III mərtəbələri oğlan, IV və V mərtəbələri isə qız tələbələrin istifadəsi üçün ayrılıb.

Aylıq yaşayış haqqı 70 manat təşkil edir. Bu məbləğə yalnız kommunal xidmətlər daxildir və depozit tələb olunmur. 500 və daha yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələr üçün yataqxanada yerləşmə tam ödənişsizdir. Bu tədris ilindən başlayaraq rəhbərliyin göstərişi ilə şəhid ailələrinin övladları üçün də yataqxana ödənişsizdir.

Xatirə bağçası 2011-ci ildə — 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində universitetdə Xatirə Bağçasının açılışı olmuşdur. Şəhərdəki bu yeganə ali məktəbin yenidən abadlaşdırılmış həyətində universitetin tələbələri olmuş beş şəhidin (Mehdi Mehdiyev, Fuad Əhmədov, Namiq Hüseynov, Həmzə Adıyev və İbrahim Tağıyevin) şərəfinə Xatirə Parkı salınmış, parkda abidə qoyulmuşdur.

Təşkilatlar

Tələbə təşkilatları Tələbə gənclər təşkilatı; Tələbə həmkarlar ittifaqı; Tələbə elmi cəmiyyəti.

Digər təşkilatlar 2014-cü il noyabrın 12-də Sumqayıt şəhər Veteranlar Şurasının müraciətinə əsasən SDU-da Veteranlar təşkilatının ilk özəyi yaradılmışdır.SDU-da Veteranlar Təşkilatı yaradıldı. sdu.edu.az, 12.11.2014

Rektorları Nadir Qəhrəmanov (30 iyun 2000 — dekabr 2013) Elxan Hüseynov (dekabr 2013 – 6 mart 2014) rektor vəzifəsinin müvəqqəti icraçısı Elxan Hüseynov (6 mart 2014"E. B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli Sərəncamı. president.az — 13 sentyabr 2023) Rüfət Əzizov (13 sentyabr 2023 — 03 fevral 2025) Əminağa Sadıqov (12 fevral 2025–05.05.2026) rektor vəzifəsinin müvəqqəti icraçısı Nurəli Yusifbəyli (05.05.2026https://president.az/az/articles/view/72301 — h.h.)

Beynəlxalq əlaqələri Qafqaz Universitetlər Birliyinin üzvüdür.Tüm Uyeler . kunib.com

Universitetin alimləri MDB ölkələrinin aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə, Fransanın Nitse, Sorbonna Universitetləri, Türkiyənin İstanbul Texniki Universiteti, Bursadakı Uludağ Universiteti, Pakistanın Sidh və Mehran universitetləri və Ukrayna Milli Texniki UniversitetiSDU Ukrayna Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək. sdu.edu.az, 09.06.2015 ilə qarşılıqlı əməkdaşlıq edirlər.

"Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması — REFRESH" layihəsi çərçivəsində UNEC ilə tərəfdaşdır.

İstinadlar

Həmçinin bax Azərbaycanda təhsil

Xarici keçidlər

Kateqoriya:Azərbaycan universitetləri Kateqoriya:1962-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:13 iyunda yarananlar Kateqoriya:2000-ci ildə Azərbaycanda yarananlar