Eytan Naeh () — İsrail diplomatı.

Həyatı 17 sentyabr 1963-cü ildə İsraildə anadan olmuşdur. 1982–1985-ci illərdə İsrail Müdafiə Qüvvələri sırasında hərbi xidmətdə olub. 1991-ci ildə Təl-Əviv Universitetinin Siyasi elmlər fakültəsini Yaxın Şərq ixtisası üzrə bitirib. 1991–1993-cü illərdə İsrail Xarici İşlər Nazirliyinin diplomatiya kursunu bitirmişdir. Elə həmin illərdə XİN baş direktorunun köməkçisi, 1993–1997-ci illərdə İsrail dövlətinin Türkiyədəki səfirliyində əvvəl ikinci, sonra isə birinci katib, 1997–1999-cu illərdə ABŞ-nin Çikaqo ştatında konsul, 1999–2000-ci illərdə Qərbi Avropa İdarəsində (Avropa II)-müşavir, Türkiyə-Yunanıstan şöbəsinin başçısı, 2001-ci ildən İsrail dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.

İngilis, ərəb, türk dillərini bilir.

Ailəlidir, iki övladı var.

İstinadlar

Kateqoriya:İsrailin Azərbaycandakı səfirləri