Sara Jio (; ) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir.

Bioqrafiya

Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida, sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub.

Biblioqrafiya 2011 — Mart ayında Bənövşələr () 2011 — Duzlu külək () 2012 — Böyürtkən qışı () 2013 — Son Kameliya () 2013 — Səhər parıltısı () 2014 — Ay cığırı () 2014 — Sakit sevgi sözləri () 2015 — Min üz arasında () 2018 — Sənə qayıt () 2019 — Parisin bütün çiçəkləri ()

İstinadlar

Kateqoriya:XXI əsr qadın yazıçıları