Bornun müəyyən edilməsi () — rejissor Duq Laymanın çəkdiyi və Robert Ludlumun eyniadlı romanından ekranlaşdırılmış Amerika bədii filmidir. Film yaddaşını itirmiş keçmiş CIA zabiti və peşəkar sui-qəsdçi Ceyson Born haqqındakı pentalogiyanın ilk filmidir.
Süjet xətti İtaliyalı balıqçılar Aralıq dənizinin sularında huşsuz vəziyyətdə naməlum bir adam tapırlar. Göyərtəyə qaldırdıqları həmin şəxsin bədənində iki güllə yarası var, buduna isə İsveçrə bankındakı hesab nömrəsinin yazıldığı kapsula implantasiya olunub. Naməlum şəxs özünə gələn zaman kim olduğunu və başına nə gəldiyini yada sala bilmir. Lakin bir neçə dildə səlis danışa bilir və bir sıra digər inanılmaz bacarıqlara malikdir. Sürixdə kapsulda olan bank hesabından pul çıxardıqdan sonra, əsil adının Ceyson Born olduğunu öyrənir. Lakin bunun onun həqiqi adı olub olmadığını dəqiq bilmir. İtirilmiş “yaddaş zəncirlərini” bir-bir toplayan Born, Parisdə qaldığı mənzili tapır. Mənzilə ayaq basması böyük səhv olur. Çünki Bornu zərərsizləşdirmək əmri almış peşəkar qatil pusqudadır. Born nəyin nə yerdə olduğunu müəyyən etmək və kimlərin onun qətlində maraqlı olduğunu bilmək üçün mütləq keçmişi xatırlamalıdır. Bunun üçün təsadüfən tanış olduğu və ona kömək edən alman tələbə Merinin dəstəyinə ehtiyacı var.
İstinadlar
Kateqoriya:2002-ci ilin ABŞ filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Yunanıstan haqqında filmlər Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi haqqında filmlər Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:Təhlükəsizlik və nəzarət haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:Berlin haqqında filmlər Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:2002-ci il haqqında filmlər Kateqoriya:Virciniya haqqında filmlər Kateqoriya:Con Pauellin bəstəkarı olduğu filmlər Kateqoriya:ABŞ-nin siyasi triller filmləri Kateqoriya:Almaniyanın döyüş filmləri Kateqoriya:ABŞ-nin cəsus filmləri Kateqoriya:The Kennedy/Marshall Company filmləri Kateqoriya:2000-ci illərin təqib filmləri Kateqoriya:Almaniyanın döyüş triller filmləri Kateqoriya:Amneziya haqqında filmlər Kateqoriya:İtalyanca filmlər