Avrora Aksnes () — Aurora kimi tanınan Norveçli müğənni, mahnı-müəllifi və musiqi prodüseri. Altı yaşında ilk mahnılarını yazmağı və rəqs etməyi öyrənməyə başlayıb. Onun bəzi mahnıları internetə yükləndikdən və Norveçdə məşhurlaşdıqdan sonra o, 2014-cü ildə Petroleum Records, Decca və Glassnote Records ilə səsyazma müqaviləsi imzaladı. Avrora debüt minialbomu olan "Running with the Wolves" (2015) ilə tanındı, albom "Runaway" hitini ehtiva edirdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Norveç müğənniləri Kateqoriya:Biseksual qadınlar Kateqoriya:LGBT mahnı yazarları