Brawl Stars — Finland videooyun şirkəti Supercell tərəfindən tərtib edilmiş çox oyunçulu, döyüş arenası videooyunu. Qlobal olaraq 12 dekabr 2018-ci ildə iOS və Android platforması üçün buraxılmışdır. Oyunda müxtəlif oyun rejimləri mövcuddur, burada oyunçular hər birinin özünəməxsus bacarıqları olan "brawler" adlanan personajları seçir, onları matçlarda idarə edərək bir-birlərini məğlub etməyə çalışırlar.

Oynanış Oyunçunun məqsədi oyun kuboku yolunda () irəliləmək, digər oyunçularla döyüşlərdə iştirak etmək və unikal qabiliyyət eləcə də xüsusiyyətlərə malik yeni oynana bilən personajları açmaq və təkmilləşdirməkdir.

Oyunun oynanışı müxtəlif oyun rejimlərində iki nəfərdən ibarət komandada və ya üç və ya beş nəfərlik kooperativdə digər oyunçulardan ibarət komandanı və ya süni intellektlə idarə olunan rəqibi təkbaşına məğlub etməyə yönəlib. Oyunçular hər biri öz bacarıqları və super gücləri olan personajları seçə bilərlər. Həmçinin, personajların hər birinin öz ulduz gücləri və qacetləri var, onları oyunda bir stardrop açmaqla əldə etmək və ya mağazadan almaq mümkündür.

2020-ci ilin may ayında oyunun yeniləmələrindən birinə Brawl Pass adlı yeni mükafat sistemi əlavə edildi. Oyunçular döyüşlərdə iştirak etdikcə, mükafat səviyyələrini açmaq üçün istifadə edilən oyundaxili valyuta olan tokenlər qazanırlar. Oyunçular qutular, kristallar, dərilər, döş nişanları (döyüşlər zamanı və ya komanda oyun otağında istifadə edilə bilən emoji), sikkələr, güc nöqtələri, spreylər (döyüş meydanında yerdə qala bilən xüsusi rəsmlər) və döyüşçülər ala bilər. İki növ Brawl Pass var: pulsuz və premium, kristallarla alına bilən.Oyunda irəlilədikcə oyun daha da çətinləşir. Amma oynamağı bacaranlar üçün çox yaxşı oyundur. Bu oyunda dünya sıralaması deyə bir şey var. Bu sıralamaya döyüşçülərinizin kubokunu artırmaqla və yaxud oyun kubokunuzu artırmaqla düşə bilərsiniz. Hazırda dünya birincisi Eqwaakdır(201000 kubokla). Kristal toplamaq isə çox da çətin deyil əgər qənaətcilsinizsə 1 aya 70–100 kristalınız olacaq.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ilin videooyunları Kateqoriya:Finlandiya videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Strategiya videooyunları Kateqoriya:Mobil oyunlar Kateqoriya:2010-cu illərdə tendensiyalar və trendlər Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər Kateqoriya:Atıcılar Kateqoriya:Çoxnəfərli onlayn döyüş arenası oyunları Kateqoriya:Faytinq oyunları Kateqoriya:Fentezi videooyunları Kateqoriya:Free-to-play videooyunlar Kateqoriya:Kiberidman oyunları