Eduar Druen de Lüis (; ) — Fransa diplomatı, siyasətçi və dövlət xadimi. O, dörd dəfə (fasilələrlə) Fransanın xarici işlər naziri vəzifəsində çalışmışdır.

O, İyul monarxiyası dövründə Madriddə müvəqqəti işlər vəkili, sonra Deputatlar Palatasının üzvü olmuş və burada Fransua Gizonun siyasətinə qarşı çıxmışdır. Fransada fevral inqilabından sonra əvvəlcə təsisçi, sonra qanunverici məclisin üzvü olmaqla həmişə sağdan səs vermişdir.

Druen de Lüis Lui Napoleonun ilk kabinetində xarici işlər naziri olduqdan sonra prezidentin Roma Respublikasına qarşı siyasətini dəstəkləmiş, papa hakimiyyətinin bərpasının tərəfdarı olmuşdur.Bernard d’Harcourt. Les Quatre ministères de M. Drouyn de Lhuys. Plon Paris 1882.

1849-cu ildə portfelini Aleksis de Tokvilə təhvil vermiş, Londona səfir kimi getmişdir. Buna baxmayaraq, o, tezliklə geri qayıtmış və 24 yanvar 1851-ci ildə əvvəlki vəzifəsinə qayıtmışdır. 128 iyul 1852-ci ildə Lui-Feliks-Etyen de Türqodan sonra yenidən Xarici İşlər Nazirliyinin rəhbəri olmuşdur.

İstinadlar

Kateqoriya:Fransa diplomatları Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:Fransa siyasətçiləri