– Yaponiyanın Kanaqava prefekturasının Yokohama şəhərində yerləşən. Muzey Yaponiyanın sahil mühafizə tarixinə həsr olunmuşdur.
Tarixi Muzey 10 dekabr 2004-cü ildə açılmışdır.
Xüsusiyyətlər Muzey Yaponiya Sahil Mühafizə Xidmətinin fəaliyyətinə həsr olunmuşdur. Muzeyin əsas görməli eksponatı 2001-ci ilin dekabrında Amami-Oşima döyüşü zamanı sahil mühafizə xidməti tərəfindən ələ keçirilmiş, Şimali Koreyaya məxsus olan casus gəmisidir. Burada "Casus gəmisi" sərgisi yaradılmışdır. Gəmidən çıxarılmış bir çox material muzeydə sərgilənməkdədir: Yaponiya istehsalı mobil telefon, koreyaca–ingiliscə lüğət, tüfənglər, pulemyotlar, partlayıcı maddələr, polad dəbilqələr, dalğıclıq ləvazimatları və Kaqoşima prefekturasının sahil xəritələri. Gəmidə tapılmış və Şimali Koreya lideri Kim İr Senin təsviri olan etiket sancağı da muzey eksponatları arasındadır. Gəmi yarasız vəziyyətdə olsa da, ziyarətçilər gəmi ilə yaxından tanış ola bilərlər.
Muzeyin son hissəsi Yaponiya Sahil Mühafizə Xidməti tərəfindən istifadə olunan gəmi və təyyarələrə həsr olunmuşdur. Burada personalın təlimləri və vəzifələri haqqında məlumat verilir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2004-cü ildə Yaponiyada yarananlar Kateqoriya:Yokohama muzeyləri Kateqoriya:Sahil mühafizəsi Kateqoriya:Yaponiyadakı dənizçilik muzeyləri Kateqoriya:2004-cü ildə yaradılmış muzeylər