Təzəkənd — Azərbaycan Respublikasının Masallı rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Təzəkənd kəndi Yeddioymaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılmışdır.
Toponimikası Oykonim rayonun Zuvand adlanan mahalndan köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır, Təzəkənd Yeni kənd mənasındadır.
Tarixi Kənd 1936-cı ildə yaradılmışdır.
Coğrafiyası və iqlimi Kənd Azərbaycanın cənub–şərqində, Xəzər dənizinin Qızılağac körfəzi sahilində, Bakı–Astara avtomobil yolunun sol hissəsində yerləşir. Rayonun Qızılağac, Sərçuvar və Lənkəran rayonunun Qumbaşı kəndləri ilə həmsərhəddir.
Əhalisi Əhalisi 2865 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Əhalisini milli mənsubiyyətə görə azərbaycan türkləri təşkil edir.http://www.masallilar.az/article/a-74.html Əhalinin əksəriyyəti şiələrin yeddinci imamı Museyi Kazim (ə)-ın nəslindən olub seyyiddir.
İqtisadiyyatı Əhali əsasən ovçuluq, qismən heyvandarlıq və əkinçiliklə məşğuldur.
Mədəniyyəti Kənddə kitabxana və poçt var.
Təhsil Kənddə R.Nəbiyev adına orta məktəb fəaliyyət göstərir.
Din Kənddə 2 məscid fəaliyyət göstərir.
Səhiyyə Kənddə tibb məntəqəsi mövcuddur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Masallı rayonunun kəndləri