Qay Vibi Trebonian Qall (), Roma tarixşünaslığında daha çox Trebonian Qall kimi tanınır () — 251–253-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru.
Trebonian Qall qədim etrusk ailəsindən gəlirdi. O, mperator Desi Trayanın hakimiyyətinin sonunda Myoziya vilayətlərindən birinin mirasçısı kimi xidmət etmişdir. Qall bu vəzifədə ikən qotlara qarşı müharibədə iştirak etmişdir. Desi Abritt döyüşündə həlak olduqdan sonra Trebonian ordu tərəfindən imperator elan edilmişdir. O, qotlarla sülh bağlamış, lakin onlar tezliklə bunu pozmuşdular. Bundan əlavə, onun hakimiyyəti şərqdə Sasani dövləti ilə müharibə ilə yadda qalmışdır.
253-cü ildə qotları məğlub edən sərkərdə Mark Emili Emilian özünü imperator elan edərək üsyan qaldırmış, qoşunları ilə birlikdə İnteramnaya çatmışdır. Qallın döyüş üçün böyük bir ordu toplamağa vaxtı yox idi. Nəhayət, legionerlər üsyan edərək onu oğlu Voluzian ilə birlikdə öldürmüşdülər.
İstinadlar
Əlavə ədəbiyyat Bray, John. Gallienus: A Study in Reformist and Sexual Politics, Wakefield Press, 1997. Bowman, Alan K.; Garnsey, Peter; Cameron, Averil (ed.). The Cambridge Ancient History: The Crisis of Empire, A.D. 193–337, Cambridge University Press, 2005. . Potter, David S. The Roman Empire at Bay AD 180–395, Routledge, 2004. .
Xarici keçidlər
Metropolitan Museum of Art: Bronze of Trebonianus Gallus
Kateqoriya:Roma imperatorları