Alışanlı — Azərbaycan Respublikasının Masallı rayonunun Birinci Səmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi " Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 5 oktyabr 1999-cu il tarixli 708-IQ nömrəli Qanunla Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Alışanlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
"Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 8 fevral 2000-ci il tarixli 809-IQ nömrəli Qanunla Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Alışanlı kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Əhalisi Əhalisi 924 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Din Kənddə Alışanlı kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Masallı rayonunun kəndləri