() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Növ cənub-şərqi Avropa: Ukrayna, Xorvatiya, Bolqarıstan, Yunanıstan (Krit də daxil olmaqla), Siciliya, Monteneqro, Şimali Makedoniya; Qərbi Asiya: Kipr, şimal-qərbi İran, şimali İraq, Türkiyə; və Qafqaz regionu: Azərbaycan üçün endemikdir.
Azərbaycanda yayılması Turnefor dağdağanı Naxçıvan MR-ın dağlıq bölgələrdə (İlandağ, Darıdağ) rast gəlinir.
Statusu Turnefor dağdağanı Azərbaycanın nadir bitki növüdür. CR A1ab; B1b (i,iii,iv).
Bitdiyi yer Turnefor dağdağanı əsasən quru, daşlı-qayalı torpaqlarda təbii halda bitir.
Təbii ehtiyatı Turnefor dağdağanın təbii ehtiyatı Azərbaycanda çox deyildir.
Bioloji xüsusiyyətləri Ağac əmələ gətirən bitkinin hündürlüyü 6 metrə çata bilər və əsasən düzənliklərdə və quru meşələrdə böyüyür. Turnefor dağdağanı təbiətdə 5–10 m hündürlüyü olan ağacdır. Bitkinin cavan budaqları açıq qəhvəyi və ya sarımtıl rəngdə olub, tüklüdür. Yarpaqları 3-7 sm uzunluğunda, ucu sivri və yarpaqlarının qaidə hissəsi ürəkvaridır. Bitkinin yarpağının üst hissəsi tündyaşıl, alt üzü isə mavi ya tündyaşıl rəngdədir. Yarpaqlarının çoxu tüksüz, bəzən isə tüklü olur. Yetişmiş meyvələrinin rəngi sarımtıl-qırmızı olur. Dağdağanın digər növlərinə nisbətən quraqlığa daha davamlıdır. Meyvələri şar formalıdır.
Çoxalması Turnefor dağdağanı əsasən toxumla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Turnefor dağdağanının təbii ehtiyatının dəyişilməsinin başlıca səbəbi insan fəaliyyətidir.
Becərilməsi Turnefor dağdağanı park və bağlarda becərilir. Geniş becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri Turnefor dağdağanının qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilməsi tövsiyə olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İraq florası Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası Kateqoriya:Bolqarıstan florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:İtaliya florası